“Facebook” sosial şəbəkəsində saxta dələduzluq səhifələri yaradılır

Son zamanlar kiberdələduzlar tərəfindən “Facebook” sosial şəbəkəsində müxtəlif adlarda saxta dələduzluq səhifələri yaradılır.

BBN.az xəbər verir ki, bu barədə Elektron Təhlükəsizlik Xidməti məlumat yayıb.

Bildirilib ki, dələduzlar, səhifələrində bir çox şirkətlərin “Facebook” səhifələrini qeyd edərək, onların silinəcəyinə dair həqiqəti əks etdirməyən məlumatlar paylaşırlar.

“Belə ki, paylaşımlarda “Facebook”a daxil olmaq üçün saxta keçidlər vasitəsilə istifadəçilərin giriş məlumatları tələb edilir. Məlumatlar daxil edildikdən sonra “Facebook” hesabının dələduzlar tərəfindən ələ keçirilməsi halı müşahidə olunur.

Elektron Təhlükəsizlik Xidməti qurumlardan bu kimi hallara qarşı diqqətli olmağı, həmçinin tanımadıqları mənbədən gələn keçidlərə daxil olmamağı tövsiyə edir”, – deyə qeyd olunub.

Related posts

Kapital Bank-la rəqəmsal transformasiya və süni intellektin gələcəyi: Nəriman Əsədovla müsahibə

Qeyri-neft sektorundan vergi daxilolmaları 13% artıb

Azərbaycan-İsrail enerji əməkdaşlığı müzakirə edilib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı