BVF-dən kritik hesabat: İnflyasiya və enerji qiymətləri faiz endirimlərini “bloklayır”
Beynəlxalq Valyuta Fondu (BVF) ABŞ iqtisadiyyatının illik təhlilinə dair (Article IV) hesabatını yayımlayıb. Hesabatda yer alan proqnozlar yaxın aylarda kəskin faiz endirimi gözləyən investorlar üçün şok effekti yaradıb. BVF ekspertləri bildirir ki, inflyasiyanın hələ də hədəfə tam çatmaması və artan enerji qiymətləri səbəbindən Federal Ehtiyatlar Sisteminin (FED) manevr imkanları kəskin məhdudlaşıb. Qurumun proqnozuna görə, 2026-cı ilin sonuna qədər cəmi bir dəfə faiz endirimi real görünür.
Niyə faizlər enmir? BVF-nin bu qənaətə gəlməsinə bir neçə əsas amil təsir edib:
Enerji qiymətləri: Yaxın Şərqdəki gərginlik fonunda neft qiymətlərinin yüksəlməsi inflyasiyanı yenidən alovlandırır.
Əmək bazarı: ABŞ-da əmək bazarının hələ də güclü qalması maaş artımlarının və xərcləmələrin yüksək qalmasına səbəb olur.
Commodity riskləri: Qlobal əmtəə bazarlarındakı qeyri-sabitlik qiymət artımı riskini (upside risk) qüvvədə saxlayır.
İnvestorlar üçün nə dəyişir? BVF-nin bu “şok” açıqlaması bazarlarda ucuz dollar dövrünün hələ bir müddət də gecikəcəyi siqnalını verir. Hazırda FED-in uçot dərəcəsi 3,50% – 3,75% aralığındadır və BVF-nin bazis ssenarisinə görə, bu rəqəm ilin sonuna qədər yalnız 3,25% – 3,50% səviyyəsinə enə bilər.