Faizlərin subsidiyalaşdırılması mexanizmi çərçivəsində 71.9 milyon manat subsidiya məbləği təsdiq edilib

Mövcud kredit portfeli üzrə faizlərin subsidiyalaşdırılması mexanizmi çərçivəsində indiyədək 6338 müraciət daxil olub, bunlardan 5052-nə subsidiya verilməsi barədə müsbət qərar qəbul edilib.

Təsdiqlənmiş subsidiyanın məbləği 71.9 milyon manatdır. Qeyd etmək lazımdır ki, faiz subsidiyası pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən və 2020-ci il 10 mart tarixinə aktiv kredit borcu olan sahibkarların kredit təşkilatlarından manatla aldıqları kreditlərə verilir. Faiz subsidiyası kreditlərin illik faiz dərəcəsinin 10% bəndi həcmində və 2020-ci ilin mart ayından başlayaraq 12 aydan çox olmayan müddətdə ödənilir.

Related posts

Aqrar sığorta mexanizmi – üçüncü şəxslərin hərəkətlərindən dəyən zərərə görə sığorta müqaviləsi bağlayın!

ARDNF 2024-cü ilin ilk 6 ayı üzrə investisiya fəaliyyətini açıqladı

ARDNF-nin aktivləri 3,4% artaraq 58 000,6 milyon ABŞ dolları təşkil etdi

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı