FED-in qərarından sonra texnologiya səhm bazarında vəziyyət

ABŞ Mərkəzi Bankının (FED) qərarından sonra texnologiya səhm bazarında son vəziyyət açıqlanıb. 

BBN.az Yahoo Finance-yə istinadən xəbər verir ki, S&P 500, 0.6% enib. Dow Jones isə 0.7% dəyər əldə edib və 1987-ci ildən bəri özünün ən uzunmüddətli qiymətinə çatıb. Texnologiya ağırlıqlı Nasdaq Composite isə sessiyanın başlanğıcındakı 1%-lik dəyərdən sonra 0.6% enmə nümayiş etdirib. Buna baxmayaraq Facebook-un ana şirkəti Meta-nın səhmləri isə artıb. Buna səbəb isə 2023-cü ilin II rübü ilə bağlı Wall Street-in gəlir proqnozunu doğrultması olub. 

Qeyd edək ki, çərşənbə günü FED-in açıqlanan qərarını hamı eynisilə gözləyirdi, ancaq hazırdakı sual budur ki, növbəti artım nə zaman gələcək. FED-in sədri Jerome Powell çərşənbə günü baş tutan iclasında sentyabr və ondan sonrakı aylarda artımın olacağına işarə etməyib. Bu isə özü ilə əsas faiz dərəcələrinin yaxın gələcəkdə dəyişməyəcəyi ilə bağlı optimist fikirləri gücləndirir.  

Əlavə edək ki, FED-in qərarından sonra McDonald’s, Mastercard, Southwest, Ford və Intel-in səhmləri artıb və güclü nəticələr nümayiş etdiriblər. 

Related posts

Kapital Bank-la rəqəmsal transformasiya və süni intellektin gələcəyi: Nəriman Əsədovla müsahibə

Qeyri-neft sektorundan vergi daxilolmaları 13% artıb

Azərbaycan-İsrail enerji əməkdaşlığı müzakirə edilib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı