FED-in sentyabrdakı görüşündən əvvəl avqust məşğulluq hesabatı çox vacibdir: Bu gün açıqlanacaq

Bu gün, bir neçə saatdan sonra ABŞ-ın avqust ayı ilə bağlı məşğulluq hesabatı açıqlanacaq, bazar isə gələcək bu vacib məlumatlara reaksiya verir, səhmlər satılır, istiqraz gəlirləri yüksəlir.

BBN.az xəbər verir ki, bu haqda CNBC Business nəşri yazıb.

Ekspertlərin fikrincə, bu ABŞ-ın Mərkəzi Bankı (FED) tərəfindən yaxından izlənilən böyük iqtisadi hesabatdır və sentyabrda faiz dərəcələrinin dəyişdirilməsi ilə bağlı görüşündən öncə xüsusilə çox vacibdir. 

İqtisadçılar gözləyirlər ki, avqustda 318.000 yeni iş yeri əlavə edilib, Dow Jones-dan deyiblər ki, bununla işsizlik səviyyəsi stabil 3.5% qalacaq. İyulda isə 528.000 iş yeri əlavə edilmişdi. Orta saatlıq əmək haqqının isə illik hesablamada 0,4% və ya 5,3% artacağı proqnozlaşdırılır.

Qeyd edək ki, daha öncə bildirilmişdir ki, FED-in faiz dərəcələri ilə bağlı daha bir iclası sentyabr ayında olacaq.

Related posts

ABŞ-nin Mərkəzi Bankının uçot faiz dərəcəsi ilə bağlı – Qərarı

OpenAI yeni “İdarə heyəti” yaradıb

Elon Musk Supercharger adlı şarj stansiyası şəbəkəsini genişləndirəcək

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı