ABŞ Mərkəzi Bankının yanvar iclas protokolları göstərir ki, faiz endirimləri gündəmdə qalır. Lakin bu yalnız inflyasiya gözlənildiyi kimi aşağı düşərsə mümkün olacaq. Federal Reserve-in (FED) açıqladığı sənədə əsasən, bəzi rəsmilər inflyasiya azalarsa uçot dərəcəsinin daha da endirilməsinin məqsədəuyğun olacağını bildiriblər. Hazırda faiz diapazonu 3.5%–3.75% səviyyəsində saxlanılıb. Protokollara görə bir qrup rəsmi əlavə faiz endirimini dəstəkləyir, digər qrup isə inflyasiyanın 2%-lik hədəfə “möhkəm şəkildə qayıtdığı” sübut olunmadan addım atmağa qarşıdır. Bəzi üzvlər hətta inflyasiya yüksək qalarsa faiz artımının yenidən mümkün ola biləcəyini istisna etməyiblər FED-in rəsmi hədəfi 2% inflyasiyadır və bir çox üzv bu hədəfə doğru irəliləyişin gözləniləndən daha yavaş və qeyri-bərabər ola biləcəyini vurğulayıb. Qeyd edək ki, yanvar iclasından sonra Jerome Powell faizlərin sabit saxlanıldığını açıqlamışdı. Onun sözlərinə görə, gələcək qərarlar daxil olan makroiqtisadi məlumatlara, iqtisadi perspektivə, risk balansına əsasən veriləcək. Protokollarda o da qeyd olunur ki, əmək bazarında aşağı istiqamətli risklər azalıb. Lakin inflyasiyanın davamlı yüksək qalma riski hələ də “əhəmiyyətlidir”
Bəzi üzvlər aktiv bazarlarında yüksək qiymətləndirmələrdən narahat olduqlarını bildiriblər. Xüsusilə süni intellekt sektorundakı sürətli bahalaşmanın maliyyə sabitliyi üçün potensial risk yarada biləcəyi vurğulanıb.
Əgər inflyasiya aşağı düşərsə:
Yeni faiz endirimləri mümkündür
Əgər inflyasiya yüksək qalarsa:
- Faizlər uzun müddət sabit qala bilər
- Hətta artım ehtimalı yenidən gündəmə gələ bilər
Bazarlar indi inflyasiya və məşğulluq göstəricilərinə fokuslanıb. FED-in növbəti addımı tam olaraq bu rəqəmlərdən asılı olacaq.