FED uçot faiz dərəcəsini son 22 ilin ən yüksək səviyyəsinə çatdırdı

ABŞ Mərkəzi Bankı (FED) uçot faiz dərəcəsini son 22 ilin ən yüksək səviyyəsinə çatdırıb. 

BBN.az NBC News TV-yə istinadən xəbər verir ki, söhbət 0.25%-lik artımdan gedir və hazırda ölkənin uçot faiz dərəcəsi 5.25 və 5.5 arasında dəyişir. 

Ekspertlər isə bildirirlər ki, yeni faiz artımı müştərilər, bizneslərə, ümumiyyətlə hər kəsə təsir edəcək. Bildirilir ki, yeni faiz artımı 2022-ci ilin martından bəri artıq 11-cidir. Bu ardıcıl qərarlar nəticəsində ölkədə inflyasiya 9.1%-dən 3%-ə enib. Ancaq FED-in hədəfi isə inflyasiyanı 2%-də saxlamaqdır. Ona görə də sentyabrda yeni bir artımın olacağı gözlənilir.

Related posts

Kapital Bank-la rəqəmsal transformasiya və süni intellektin gələcəyi: Nəriman Əsədovla müsahibə

Qeyri-neft sektorundan vergi daxilolmaları 13% artıb

Azərbaycan-İsrail enerji əməkdaşlığı müzakirə edilib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı