Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
"FERRUM CAPİTAL" QSC-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşmışdır - BBN

“FERRUM CAPİTAL” QSC-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşmışdır

11 fevral 2026-cı il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “FERRUM Kapital” QSC-nin istiqrazların ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilmişdir.

Qeyd olunan AZ2022022282 ISIN kodlu istiqrazların yerləşdirilməsi üzrə hərrac 18.02.2026-cı il tarixində yekunlaşmışdır.

Qeyd olunan qiymətli kağızların ticarət nəticələri “Bakı Fond Birjasında Qiymətli Kağızların Ticarətə Qəbulu, Listinqə Alınması, Listinqdə Saxlanılması və Delistinqi Qaydaları”-n  3.19 bəndinin tələblərinə cavab verdiyindən, adıgedən istiqrazlar Standart Bazar Listinq seqmentinə alınır.

İstiqrazların emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentin profili” bölməsindən əldə edə bilərsiniz.

İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:

Emitentin adı “FERRUM CAPİTAL” QSC
Dövlət qeydiyyat nömrəsi – İSİN AZ2022022282
İstiqrazların növü və forması Faizli, təminatsız, sənədsiz, adlı istiqrazlar
Ticarət üsulu/forması Kütləvi / Birqiymətli Hərrac
İstiqrazların sayı 40,000 ədəd
İlkin ticarət qiyməti 100 manat
İstiqrazların buraxılış həcmi 4,000,000 manat
İllik gəlirlilik faizi 14%
Hərrac qiyməti 100 manat
İstiqrazların reallaşdırılmış həcmi 4,000,000 manat
İstiqrazların sifarişlərinin ümumi həcmi (nominal qiymətlə) 4,000,000 manat
İnvestor sayı 51
Sifariş sayı 51
Ödəmə Periodu İlk istiqrazın yerləşdirildiyi tarixdən etibarən hər 3 (üç) təqvim ayından bir (bir ayda 30 gün olduğunu qəbul etmək şərti ilə) ödənilir
Tədavül müddəti 12 ay
Anderrayter  “UniCapital İnvestisiya Şirkəti” ASC

Related posts

Mərkəzi Bankın uçot faizi bazar faizlərinə təsirini gücləndirib

Azərbaycanın strateji valyuta ehtiyatları 85,1 milyard ABŞ dollarına çatıb

Azərbaycan bankları 2025-ci ildə “Bloomberg” ticarət sistemində 65,4 milyard manatlıq əqd bağlayıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı