“FERRUM CAPİTAL” QSC-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşmışdır

22 iyul 2025-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “FERRUM CAPİTAL” QSC-nin istiqrazların ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilmişdir.

Qeyd olunan AZ2019022287 ISIN kodlu istiqrazların yerləşdirilməsi üzrə hərrac 19.08.2025-ci il tarixində yekunlaşmışdır.

Qeyd olunan qiymətli kağızların ticarət nəticələri “Bakı Fond Birjasında Qiymətli Kağızların Ticarətə Qəbulu, Listinqə Alınması, Listinqdə Saxlanılması və Delistinqi Qaydaları”-n  3.19 bəndinin tələblərinə cavab verdiyindən, adıgedən istiqrazlar Standart Bazar Listinq seqmentinə alınır.

İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:

Emitentin adı “FERRUM CAPİTAL” QSC
Dövlət qeydiyyat nömrəsi – İSİN AZ2019022287
İstiqrazların növü və forması Faizli, təminatsız, sənədsiz, adlı istiqrazlar
Ticarət üsulu/forması Kütləvi/ Birqiymətli Hərrac
İstiqrazların sayı 10,000 ədəd
İlkin ticarət qiyməti 100 AZN
İstiqrazların buraxılış həcmi 1,000,000 AZN
İllik gəlirlilik faizi 14%
Hərrac qiyməti 100 AZN
İstiqrazların reallaşdırılmış həcmi 1,000,000 AZN
İstiqrazların sifarişlərinin ümumi həcmi (nominal qiymətlə) 1,000,000 AZN
İnvestor sayı 53
Sifariş sayı 53
Ödəmə Periodu Buraxılışda olan ilk istiqrazın yerləşdirildiyi tarixdən etibarən 90 gündən bir
Tədavül müddəti 12 ay
Anderrayter  “UniCapital İnvestisiya Şirkəti” ASC

 

 

Related posts

2025-ci ilin ən fəal sahibkarları mükafatlandırılıb

“FINCA Azerbaijan” MM QBKT-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşmışdır

ABB-də nağd kreditə 6%-dək endirim!

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı