“Cari ilin fevral ayında manatla geniş mənada pul kütləsi (M2) ötən ilin müvafiq dövrünə nəzərən 26.1% artaraq 29,018.3 mln. manat təşkil etmişdir. Bank sektorunun xarici öhdəlikləri ilin əvvəlinə nəzərən 325.8 mln. manat artaraq 2,087.8 mln. manat təşkil etmişdir”.
Bu haqda Azərbaycan Mərkəzi Bankının (AMB) fevral ayı statistik bülletenində bildirilib.
“Xarici öhdəliklərdəki qeyd olunan dəyişiklik əsasən qeyri-rezident hüquqi şəxslərin qısamüddətli depozitlərinin həcmindəki artım ilə əlaqədardır”.