“FINCA Azerbaijan” MM QBKT-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir

25 sentyabr 2025-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “FINCA Azerbaijan” MM QBKT-nin istiqrazların ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilmişdir.

Qeyd olunan qiymətli kağızların yerləşdirilməsi üzrə hərrac 10.10.2025-ci il tarixində keçiriləcəkdir.

İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:

Emitentin adı “FINCA Azerbaijan” MM QBKT
Dövlət qeydiyyat nömrəsi – İSİN AZ2010019209
İstiqrazların növü və forması Faizli, təminatsız, sənədsiz, adlı istiqrazlar
Ticarət üsulu/forması Kütləvi/ Rəqabətli hərrac
İstiqrazların sayı 30,000 ədəd
İlkin ticarət qiyməti 100 manat
İstiqrazların buraxılış həcmi 3,000,000 manat
İllik gəlirlilik faizi 15%
Ödəmə Periodu İlk istiqrazın yerləşdirildiyi tarixdən etibarən hər 3 (üç) təqvim ayından bir (bir ayda 30 gün olduğunu qəbul etmək şərti ilə) ödənilir
Tədavül müddəti 24 ay
Ticarətə buraxılma tarixi 10.10.2025
Anderrayter “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC

Related posts

ABB növbəti dəfə yüksək təhlükəsizlik sertifikatı aldı!

Mərkəzi Bankın rəhbər şəxsləri üçün ADA Universitetində keçirilən “Liderlik səriştələri üzrə təlim proqramı”nın bağlanış mərasimi keçirilib

ASC “Xalq” Bankının Müşahidə Şurasına yeni müstəqil üzvlər seçilib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı