26 may 2026-cı il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “FINCA Azerbaijan” MM QBKT-nin istiqrazların ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilmişdir.
Qeyd olunan AZ2015019204 ISIN kodlu istiqrazların yerləşdirilməsi üzrə hərrac 03.07.2026-cı il tarixində yekunlaşmışdır.
Qeyd olunan qiymətli kağızların ticarət nəticələri “Bakı Fond Birjasında Qiymətli Kağızların Ticarətə Qəbulu, Listinqə Alınması, Listinqdə Saxlanılması və Delistinqi Qaydaları”-n 4.6 bəndinin tələblərinə cavab verdiyindən, adıgedən istiqrazlar Standart Bazar Listinq seqmentinə alınır.
İstiqrazların emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentin profili” bölməsindən əldə edə bilərsiniz.
İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:
| Emitentin adı | “FINCA Azerbaijan” MM QBKT |
| Dövlət qeydiyyat nömrəsi – İSİN | AZ2015019204 |
| İstiqraqzların növü və forması | Faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazlar |
| Ticarət üsulu/forması | Kütləvi/ Rəqabətli hərrac |
| İstiqrazların sayı | 15,000 ədəd |
| İlkin ticarət qiyməti | 100 manat |
| Buraxılış həcmi | 1,500,000 manat |
| İllik gəlirlilik faizi | 15% |
| Ödəmə periodu | İlk istiqrazın yerləşdirildiyi tarixdən etibarən hər 3 (üç) təqvim ayından bir (bir ayda 30 gün olduğunu qəbul etmək şərti ilə) ödənilir |
| Tədavül müddəti | 24 ay |
| Sifarişlərin ümumi həcmi (nominal qiymətlə) | 1,500,000 manat |
| Reallaşdırılmış həcm | 1,500,000 manat |
| Minimal qiymət | 100 manat |
| Maksimal qiymət | 100 manat |
| Kəsmə qiyməti | 100 manat |
| Ortaçəkili qiyməti | 100 manat |
| İnvestor sayı | 51 |
| Sifariş sayı | 51 |
| Anderrayter | “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC |