Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
"FINCA Azerbaijan" MM QBKT-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşmışdır - BBN

“FINCA Azerbaijan” MM QBKT-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşmışdır

17 iyun 2025-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “FINCA Azerbaijan” MM QBKT-nin istiqrazların ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilmişdir.

Qeyd olunan AZ2008019203 ISIN kodlu istiqrazların yerləşdirilməsi üzrə hərrac 23.06.2025-ci il tarixində yekunlaşmışdır. 

Qeyd olunan qiymətli kağızların ticarət nəticələri “Bakı Fond Birjasında Qiymətli Kağızların Ticarətə Qəbulu, Listinqə Alınması, Listinqdə Saxlanılması və Delistinqi Qaydaları”-n  3.19  bəndinin tələblərinə cavab verdiyindən, adıgedən istiqrazlar Standart Bazar Listinq seqmentinə alınır.

İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:

Emitentin adı “FINCA Azerbaijan” MM QBKT
Dövlət qeydiyyat nömrəsi – İSİN AZ2008019203
İstiqraqzların növü və forması Faizli, təminatsız, sənədsiz, adlı istiqrazlar
Ticarət üsulu/forması Kütləvi/ Birqiymətli hərrac
İstiqrazların sayı 20,000 ədəd
İlkin ticarət qiyməti 100 manat
Buraxılış həcmi 2,000,000 manat
İllik gəlirlilik faizi 15%
Ödəmə periodu İlk istiqrazın yerləşdirildiyi tarixdən etibarən, ildə günlərin sayı 360 (üç yüz altmış) olaraq və 1 ayda günlərin sayını 30 (otuz) götürməklə hər 3 (üç) aydan bir ödənişlər həyata keçiriləcəkdir
Tədavül müddəti 18 ay
Sifarişlərin ümumi həcmi (nominal qiymətlə) 2,000,000 manat
Reallaşdırılmış həcm 2,000,000 manat
Hərrac qiyməti 100 manat
İnvestor sayı 53
Sifariş sayı 53
Anderrayter “Unicapital İ.Ş.” ASC

Related posts

2025-ci ildə Azərbaycanın MDB ölkələri ilə ticarət dövriyyəsi 10 faizdən çox artıb

Yanvar-aprel aylarında özəlləşdirmə və icarədən dövlət büdcəsinə 108,1 milyon manat vəsait ödənilib

Sahibkarlar “Worldfood Moscow 2026” sərgisinə dəvət olunurlar

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı