Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
"Finex Kredit" BOKT nizamnamə kapitalını artırır - BBN

“Finex Kredit” BOKT nizamnamə kapitalını artırır

Oktyabrın 2-də, saat 11:00-da “Finex Kredit” ASC bank olmayan kredit təşkilatının (BOKT) səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.

Yığıncaq Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi, 11 ünvanında baş tutacaq.

Gündəliyə BOKT-un nizamnamə kapitalının artırılması və digər məsələlər daxildir.

“Finex Kredit” 2013-cü ildə yaradılıb. Hazırda onun nizamnamə kapitalı 1,494 milyon manatdır. Səhmlərin 26,7 %-i Azad Cəbrayılova, 16,7 %-i Səməd Mirzəyevə, 16,5 %-i Ramina Allahverdiyevaya, 13,4 %-i Səadət Mirzəyevaya, 10,2 %-i Şəlalə Tağıyevaya, 7,5 %-i Tokay Şıxəlizadəyə, 3,6 %-i Rövşən Məmmədova, 2,3 %-i Mobil Şərifova, 2 %-i Xaqan Mirzəyevə, 1,1 %-i isə Gülnarə Tağıyevaya məxsusdur.

Related posts

AMB-də kibertəhlükəsizlik departamentinin adı dəyişdirildi

AMB məsləhət xidmətinə 1 milyon manatdan çox vəsait ayırır

Mərkəzi Bank “Finoko” BOKT-u cərimələdi

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı