“FİNKA Azərbaycan” MMC 5 MİLYON ABŞ Dolları Dəyərində İstiqraz Yerləşdirməyə Hazırlanır

stack of one hundred dollars notes on dollars background

“FİNKA Azərbaycan” MMC — bank olmayan kredit təşkilatı (BOKT) — “Bakı Fond Birjası” QSC-də (BFB) 5 milyon ABŞ dolları məbləğində istiqraz yerləşdirməyi planlaşdırır.

Bu istiqrazlar nominal dəyəri 100 ABŞ dolları olan, ümumilikdə 50 000 ədəd, faizli, adlı, təminatsız və sənədsiz istiqrazlardır.

Qiymətli kağızlar kütləvi təklif üsulu ilə yerləşdiriləcək və 2 il müddətində tədavüldə olacaq. İllik gəlirlilik 9% təşkil edir, faiz ödənişləri isə rüblük qaydada həyata keçiriləcək. İstiqrazların anderrayteri “Unicapital İnvestisiya Şirkəti” ASC-dir. İstiqraz almaq istəyən şəxslər BFB-nin üzvü olan digər investisiya şirkətlərinə də müraciət edə bilərlər.

Emitent tədavül müddətində qiymətli kağızları nominal dəyərindən aşağı olmamaq şərti ilə geri almaq öhdəliyinə malikdir.

Related posts

Kreditini Birbank-a gətirənlər 3% endirim qazanır- Kampaniya davam edir

İqtisadçı: Vətəndaşlar valyuta riskindən yayınmaq üçün portfellərini diversifikasiya edirlər

Azərbaycandan ABŞ-yə pul köçürmələri 11 mln. dollaradək artıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı