Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Fitch: Bank sektoru Bazel III tələblərinə əsasən hazırdır - BBN

Fitch: Bank sektoru Bazel III tələblərinə əsasən hazırdır

Fitch Ratings beynəlxalq reytinq agentliyi Bazel III standartlarının tətbiqinin Azərbaycanın bank sektorunda kredit dinamikasına və kredit portfelinin strukturunda ciddi dəyişikliklərə səbəb olacağını gözləmir.

Bu barədə Report agentliyinin sorğusuna cavab olaraq “Fitch Qafqaz haqqında: suveren sektorun və bank sisteminin 2026-cı il üçün perspektivləri” mövzusunda keçirilən vebinarda agentliyin maliyyə institutları – banklar üzrə kiçik direktoru Maksim Malyutin məlumat verib.

Onun sözlərinə görə, qarşıdakı dövrdə bankların pərakəndə kreditlər üzrə aktivliyinin artacağı gözlənilir. Korporativ kredit portfelində isə əsas payın ticarət və xidmət sektorlarının üzərinə düşəcəyi proqnozlaşdırılır ki, bu da Azərbaycan bank sektorunun mövcud struktur xüsusiyyətləri ilə uzlaşır.

“Yerli banklar neft-qaz şirkətlərini iri həcmdə kreditləşdirmir və əsasən ticarət və xidmət sahələrinə fokuslanır. Bu səbəbdən Bazel III standartlarının tətbiqinin kredit portfelinə əhəmiyyətli təsir edəcəyini düşünmürük”, – deyə M.Malyutin qeyd edib.

O, həmçinin vurğulayıb ki, Azərbaycan banklarının əksəriyyəti Bazel III çərçivəsində nəzərdə tutulan yeni tələblərə artıq kifayət qədər hazırdır. Belə ki, Fitch Ratings-in qiymətləndirmələrinə əsasən, bankların kapital göstəriciləri hazırda adekvat səviyyədədir.

“Bəzi kiçik banklarda müəyyən çətinliklər yarana bilər. Lakin sektorun iri iştirakçıları ümumilikdə yeni tələblərə əməl etməyə hazırdır”, – deyə o əlavə edib.

Xatırladaq ki, ötən il dekabrın 16-da qəbul edilmiş qərarla “Bank kapitalının və onun adekvatlığının hesablanması Qaydaları”nda dəyişikliklər edilib. Bu addım “2024–2026-cı illərdə maliyyə sektorunun inkişafı Strategiyası” çərçivəsində bank sektorunda maliyyə dayanıqlığının gücləndirilməsi və beynəlxalq tənzimləmə standartlarına uyğunluğun artırılması məqsədi daşıyır.

Dəyişikliklərə əsasən, bank kapitalının strukturu, kapital adekvatlığı əmsalları, kapital buferləri və digər prudensial tələblər Bazel III standartlarına uyğunlaşdırılıb. Bankların yeni kapital strukturuna adaptasiyası, daxili qayda və prosedurların yenilənməsi, eləcə də yeni tənzimləyici yanaşmaların prudensial hesabatlığa inteqrasiyası üçün sektora 1 illik keçid dövrü verilib.

Yeni tələblərə banklar tərəfindən 1 yanvar 2027-ci ildən etibarən tam şəkildə riayət olunması tələb ediləcək.

Related posts

ABB-nin İdarə Heyətinin sədri Davosda iştirak təcrübəsini bölüşdü

S&P: Azərbaycanda bank sektoru daha tarazlı artım mərhələsinə keçir

“Rəqəmsal dövlət maliyyəsi” sistemi tətbiq olunur: büdcə məlumatları və satınalmalar elektronlaşdırılacaq

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı