Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
"Fitch" "Cənub Qaz Dəhlizi" və daha yeddi infrastruktur şirkətinin reytinqini təsdiqləyib - BBN

“Fitch” “Cənub Qaz Dəhlizi” və daha yeddi infrastruktur şirkətinin reytinqini təsdiqləyib

“Fitch Ratings”  beynəlxalq reytinq agentliyi korporativ reytinq meyarlarının yenilənməsindən sonra Avropa, Yaxın Şərq və Afrika (EMEA) inkişaf etməkdə olan bazarlarında fəaliyyət göstərən “Cənub Qaz Dəhlizi” QSC (Southern Gas Corridor Closed Joint-Stock Company) və daha yeddi infrastruktur şirkətinin reytinqlərini təsdiqləyib.

BBN.az xəbər verir ki, agentliyin açıqlamasında qeyd olunur ki, qərar 9 yanvar 2026-cı il tarixli “Korporativ reytinq meyarları” və “Sənaye naviqatorları — Korporativ reytinq meyarlarına əlavə” sənədlərinin yenilənməsi ilə əlaqədar qəbul edilib. Bununla belə, şirkətlər üzrə mövcud reytinqlər və proqnozlar dəyişməz qalıb.

“Fitch”in məlumatına görə, “Cənub Qaz Dəhlizi” QSC-nin biznes və maliyyə profilinin qiymətləndirilməsi aşağıdakı amilləri əhatə edir:

• Menecment — bbb- (nisbi əhəmiyyəti aşağı);

• Sektor göstəriciləri — bbb+ (orta əhəmiyyət);

• Bazar və rəqabət mövqeyi — bbb (orta);

• Aktivlərin diversifikasiyası və keyfiyyəti — bbb (orta);

• Şirkətin əməliyyat göstəriciləri — bbb (yüksək);

• Rentabellik — bbb (aşağı);

• Maliyyə strukturu — a+ (orta);

• Maliyyə çevikliyi — bbb+ (orta).

“Fitch Ratings” “Cənub Qaz Dəhlizi” QSC ilə yanaşı aşağıdakı şirkətlərin də reytinqlərini təsdiqləyib:

  • “Kazakhstan Electricity Grid Operating Company” (KEGOC);
  • “Namibia Water Corporation Limited”;
  • “GDZ Elektrik Dagitim Anonim Şirketi”;
  • “Nama Electricity Distribution Company SAOC”;
  • “Oman Electricity Transmission Company SAOC”;
  • “Regional Electrical Power Networks JSC”;
  • “National Power Company Ukrenergo”.

“Fitch” vurğulayıb ki, meyarların yenilənməsi qeyd olunan bütün emitentlər üzrə qüvvədə olan reytinqlərə və proqnozlara heç bir təsir göstərməyib.

Related posts

Beynəlxalq reytinq agentliyi Taleh Kazımovu və komandasını tərifləyib

Qlobal inflyasiya arta bilər

Böyük Britaniya Azərbaycana yeni səfir təyin edib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı