“Fitch Ratings” Agentliyi Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun reytinqini “BBB-/Stabil” səviyyəsində təsdiq edib

12 noyabr 2025-ci il tarixində “Fitch Ratings” Agentliyi (Agentlik) tərəfindən Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun (Fond) fəaliyyətinin növbəti qiymətləndirilməsi həyata keçirilib. Agentliyin qiymətləndirməsinə əsasən, Fondun uzunmüddətli xarici və yerli valyutada reytinqi ölkə reytinqinə bərabər “BBB-/Stabil” səviyyəsində təsdiq edilib.

Agentliyin mövqeyinə görə, Fondun reytinqinin ölkə reytinqinə bərabər “BBB-” səviyyəsində (proqnoz “stabil”) təsdiq olunması Fond ilə dövlət arasında möhkəm əlaqələrin olması, əhalinin əlverişli şərtlərlə mənzillə təmin edilməsi, kiçik və orta sahibkarlığın maliyyələşdirilməsinin asanlaşdırılması yolu ilə biznes mühitinin inkişafında mühüm strateji əhəmiyyət kəsb etməsi ilə bağlıdır. Agentlik Fondun qeyri-kommersiya missiyasına baxmayaraq, onun maliyyə dayanıqlılığını, aktivlərinin keyfiyyətini, məqbul likvidlik mövqeyini xüsusi qeyd etmişdir.

“Fitch Ratings” Agentliyi 2009-cu ildən etibarən Fondun fəaliyyətinin qiymətləndirilməsini həyata keçirir və onun müstəqil kredit reytinqini açıqlayır.

Related posts

“Unibank”ın İdarə Heyətinə yeni təyinat olub

Yapon yeni zəif ticarət şəraitində möhkəmlənib: müdaxilə ehtimalı bazarı ehtiyatlandırır

2025-ci ilin maliyyə bazarları: Qızılın parlaq ili, “Goldilocks” ssenarisi və dolların zəifləməsi

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı