Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
"Fitch Ratings" Azərbaycan İpoteka və Kredit Zəmanət Fondunun BBB- reytinqini təsdiqləyib - BBN

“Fitch Ratings” Azərbaycan İpoteka və Kredit Zəmanət Fondunun BBB- reytinqini təsdiqləyib

Beynəlxalq reytinq agentliyi “Fitch Ratings” Azərbaycan İpoteka və Kredit Zəmanət Fondunun (AİKZF) xarici və milli valyutada uzunmüddətli öhdəliklər üzrə BBB- kredit reytinqini təsdiqləyib. Reytinq üzrə proqnoz isə “Sabit” (Stable) səviyyəsində saxlanılıb.

Agentlik Fondun reytinqini dövlətlə əlaqəli qurumların qiymətləndirilməsi meyarları əsasında Azərbaycanın suveren kredit reytinqinə bərabər qiymətləndirib.

“Fitch Ratings” bildirib ki, Azərbaycan İpoteka və Kredit Zəmanət Fondu ölkədə əlçatan mənzil təminatının həyata keçirilməsində mühüm dövlət siyasəti aləti kimi çıxış edir. Agentliyin qiymətləndirməsinə əsasən, Fondun maliyyə dayanıqlığı dövlət tərəfindən göstərilən davamlı və əhəmiyyətli dəstək hesabına təmin olunur. Bu dəstək sabit gəlirlilik və dayanıqlı biznes modeli ilə müşayiət olunur.

Hesabatda qeyd edilir ki, dövlət hər il Fondun kapitalını artırmaq üçün vəsait ayırır. Belə ki, 2024–2025-ci illərdə Fondun kapitalına ümumilikdə 172,7 milyon manat yönəldilib və bu vəsait sosial ipoteka proqramlarının maliyyələşdirilməsinə sərf olunub.

Bundan əlavə, Azərbaycan Mərkəzi Bankı Fondun istiqrazlarının geri alınmasına zəmanət verir. Bu mexanizmə əsasən, istiqraz sahiblərinin tələbi olduqda Mərkəzi Bank həmin istiqrazları geri almağa borcludur. Hazırda dövriyyədə olan Fond istiqrazlarının təxminən 80 %-i Mərkəzi Bankın portfelindədir.

Agentlik bildirib ki, dövlətin tənzimləyici və siyasi dəstəyinin ən azı ortamüddətli perspektivdə Fond üçün əlverişli olaraq qalacağı gözlənilir.

“Fitch Ratings”in qiymətləndirməsinə görə, 2026-cı ildə dövlət Fonda 100 milyon manat maliyyə vəsaiti ayırıb. Bu vəsaitin əsas hissəsi sosial ipoteka proqramlarının maliyyələşdirilməsinə, qalan hissəsi isə kiçik və orta sahibkarlıq subyektlərinə verilən kreditlərin subsidiyalaşdırılmasına yönəldilib. Bununla yanaşı, sonuncu istiqamət üzrə fəaliyyət 2026-cı ilin iyun ayında digər dövlət qurumuna ötürüldüyündən dayandırılıb.

Agentlik hesab edir ki, dövlət dəstəyinin ümumi həcmi qarşıdakı dövrdə də müqayisəolunan səviyyədə davam edəcək.

Hesabatda vurğulanır ki, Azərbaycan İpoteka və Kredit Zəmanət Fondu ölkənin daxili istiqraz bazarının ən iri iştirakçılarından biri və müntəzəm istiqraz emitentidir. “Fitch Ratings”in rəyinə əsasən, Fondun mümkün defoltu milli maliyyə sisteminə olan etimadı zəiflədə, eləcə də dövlət və dövlətlə əlaqəli digər qurumların maliyyələşmə imkanlarına və borclanma xərclərinə mənfi təsir göstərə bilər.

Bununla belə, agentlik qeyd edir ki, Azərbaycanın maliyyə bazarının nisbətən kiçik olması və Fondun xarici kapital bazarlarında investisiyalarının olmaması bu riskləri qismən məhdudlaşdırır. Məhz bu səbəbdən “Fitch Ratings” mümkün sistem riskini “güclü” (Strong) səviyyəsində qiymətləndirib.

Related posts

Bəhnam Qurbanzadə: Süni intellekt Azərbaycanda İslam maliyyəsini yeni mərhələyə daşıya bilər

SoftBank-dən nəhəng maliyyə addımı: OpenAI səhmləri qarşılığında 10 milyard dollarlıq kredit götürüldü!

Azərbaycan Banklar Assosiasiyasının prezidenti Zakir Nuriyev AzTV-nin “Hədəf” verilişinin qonağı olub

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı