“Fitch Ratings” Azərbaycanda iqtisadi artım proqnozlarını açıqlayıb

“Fitch” Azərbaycanda iqtisadi artımın 2024-cü ildə əgər dövlət sərmayəsi ilə dəstəklənərsə 2,8%-ə, 2025-ci ildə isə 2,5%-ə qədər olacağını təxmin edir.

BBN.az bu barədə beynəlxalq kredit reytinqi təşkilatı “Fitch”in yaydığı məlumata əsasən xəbər verir.

“Fitch” inflyasiyanın 2024-cü ildə 4,5%-ə qədər azalacağını proqnozlaşdırır. İllik inflyasiya Azərbaycan Mərkəzi Bankının hədəf diapazonuna daxil olduğu üçün Mərkəzi Bank noyabr ayından etibarən əsas siyasət faizini 1,25 bənd azalaraq 7,75%-ə endirib.

Fitch-in fikrincə inflyasiyanın səviyyəsi daha da yumşaldılmanın tempi və miqyasından, yüksək əmtəə qiymətləri və tələb tərəfi təzyiqləri ilə bağlı risklərdən, məsələn, maaşların güclü artımı və dövlət xərclərinin icrasından asılı olacaq.

Related posts

Azərbaycan-İsrail enerji əməkdaşlığı müzakirə edilib

Lənkəran “ASAN xidmət” mərkəzində “Güzəştli mənzil” pəncərəsi fəaliyyətə başladı

Taxıl sahələrinin 85 faizində biçin başa çatıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı