Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Fitch Ratings: Azərbaycanın dövlət borcu ilə bağlı narahatlıq üçün əsas yoxdur - BBN

Fitch Ratings: Azərbaycanın dövlət borcu ilə bağlı narahatlıq üçün əsas yoxdur

Fitch Ratings beynəlxalq reytinq agentliyi Azərbaycanın dövlət borcu ilə bağlı narahatlıq doğuran risklər görmür.

Bunu agentliyin EMEA regionu üzrə suveren reytinqlər direktoru Arvind Ramakrishnan “Fitch Qafqaz haqqında: 2026-cı il üçün suveren sektor və bank sisteminin perspektivləri” mövzusunda keçirilən vebinar zamanı bildirib.

Onun sözlərinə görə, dövlət borcu Azərbaycanın kredit profilinin açıq-aşkar güclü tərəflərindən biridir.

“2025-ci ilin vəziyyətinə əsasən, dövlət borcunun həcmi ÜDM-in 20 %-indən bir qədər çoxdur ki, bu da müəyyən edilmiş 30 %-lik həddən xeyli aşağıdır. Bu baxımdan biz hər hansı narahatlıq üçün səbəb görmürük”, – deyə A.Ramakrişnan vurğulayıb.

Qeyd edək ki, 2025-ci il oktyabrın 1-nə olan məlumata əsasən, Azərbaycanın dövlət borcu 25 milyard 365,1 milyon manat və ya ÜDM-in 19,5 %-i təşkil edib. Bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 3,2 % azalıb.

Dövlət borcunun strukturunda 17 milyard 46,8 milyon manat daxili borcun payına düşür. Xarici borc isə 4 milyard 893,1 milyon ABŞ dolları və ya 8 milyard 318,3 milyon manat təşkil edir. 2024-cü il oktyabrın 1-i ilə müqayisədə daxili borc 0,8 %, xarici borc isə 7,7 % azalıb.

Related posts

“Unibank Kommersiya Bankı” ASC-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir

“GL” ASC-nin istiqrazları üçün “Ticarətə İcazə” qərarı verilmişdir

“Moody’s”: Azərbaycanda prudensial siyasət və kapital tələbləri bank sektorunun dayanıqlılığını gücləndirir

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı