Fitch Ratings beynəlxalq reytinq agentliyi Avropa, Yaxın Şərq və Afrika (EMEA) inkişaf etməkdə olan bazarlarda fəaliyyət göstərən Cənub Qaz Dəhlizi QSC və daha yeddi infrastruktur şirkətinin reytinqlərini korporativ reytinq meyarlarının yenilənməsindən sonra təsdiqləyib.
Qərar 9 yanvar 2026-cı il tarixli “Korporativ reytinq meyarları” və “Sənaye naviqatorları — Korporativ reytinq meyarlarına əlavə” sənədlərinin yenilənməsi ilə əlaqədar qəbul olunub. Bununla belə, şirkətlər üzrə mövcud reytinqlər və proqnozlar dəyişməz qalıb.
Agentliyin açıqlamasında “Cənub Qaz Dəhlizi” QSC-nin biznes və maliyyə profilinin qiymətləndirilməsi aşağıdakı amilləri əhatə edir:
-
Menecment — bbb- (nisbi əhəmiyyət aşağı)
-
Sektor göstəriciləri — bbb+ (orta əhəmiyyət)
-
Bazar və rəqabət mövqeyi — bbb (orta)
-
Aktivlərin diversifikasiyası və keyfiyyəti — bbb (orta)
-
Şirkətin əməliyyat göstəriciləri — bbb (yüksək)
-
Rentabellik — bbb (aşağı)
-
Maliyyə strukturu — a+ (orta)
-
Maliyyə çevikliyi — bbb+ (orta)
Bundan əlavə, “Fitch Ratings” aşağıdakı şirkətlərin də reytinqlərini təsdiqləyib:
-
Kazakhstan Electricity Grid Operating Company (KEGOC)
-
Namibia Water Corporation Limited
-
GDZ Elektrik Dagitim Anonim Şirketi
-
Nama Electricity Distribution Company SAOC
-
Oman Electricity Transmission Company SAOC
-
Regional Electrical Power Networks JSC
-
National Power Company Ukrenergo
Agentlik vurğulayıb ki, meyarların yenilənməsi qeyd olunan bütün emitentlər üzrə qüvvədə olan reytinqlərə və proqnozlara heç bir təsir göstərməyib.