Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
“Fitch Ratings” Expressbankın müsbət kredit reytinqini növbəti dəfə təsdiqləyib - BBN

“Fitch Ratings” Expressbankın müsbət kredit reytinqini növbəti dəfə təsdiqləyib

Beynəlxalq reytinq agentliyi Fitch Ratings Expressbankın uzunmüddətli emitent defolt reytinqini (Long-Term Issuer Default Rating – IDR) “B+”, proqnozunu isə “Sabit” (Stable Outlook) səviyyəsində təsdiqləyib. Eyni zamanda, Bankın dayanıqlılıq reytinqi (Viability Rating – VR) “b+” səviyyəsində saxlanılıb.

“Fitch Ratings”in qiymətləndirməsinə əsasən, Expressbankın reytinqi Bankın müstəqil maliyyə dayanıqlılığını, sağlam kapital mövqeyini, yüksək aktiv keyfiyyətini və risklərin effektiv idarə olunması sahəsində formalaşdırdığı yanaşmanı əks etdirir. Agentlik, xüsusilə Bankın aktiv keyfiyyəti və kapitallaşma göstəricilərini reytinqin əsas üstünlükləri sırasında qiymətləndirib.

Hesabatda qeyd olunur ki, Fitch Azərbaycan bank sektorunun fəaliyyət mühitinə dair qiymətləndirməsini də “bb-“ səviyyəsindən “bb” səviyyəsinə yüksəldib. Agentlik bu dəyişikliyi ölkədə bank nəzarətinin gücləndirilməsi, riskəsaslı nəzarət mexanizmlərinin daha geniş tətbiqi və makroiqtisadi sabitliyin qorunması ilə əlaqələndirir. “Fitch”in gözləntilərinə görə Azərbaycanın bank sektorunda maliyyə göstəriciləri 2026–2027-ci illərdə də ümumilikdə dayanıqlı qalacaq.

“Fitch Ratings” Expressbankın universal biznes modelinə malik olduğunu, əsas fəaliyyət istiqamətinin pərakəndə bankçılıq olduğunu və mikro, kiçik və orta sahibkarlığın maliyyələşdirilməsinin Bankın prioritet istiqamətləri kimi qaldığını vurğulayıb.

Hesabatda Bankın yüksək kapitallaşma səviyyəsi xüsusi qeyd olunub. Belə ki, Fitch Core Capital (FCC) göstəricisi 2025-ci ilin sonunda 20,6% təşkil edib və agentlik baza ssenarisinə əsasən bu göstəricinin yaxın illərdə də 19%-dən yuxarı qalacağını proqnozlaşdırır. Eyni zamanda, Bankın likvidlik mövqeyi adekvat qiymətləndirilib və likvid aktivlərin müştəri depozitlərinin təxminən 29%-ni əhatə etdiyi bildirilib.

Expressbankın beynəlxalq kredit reytinqinin “B+” səviyyəsində, “Sabit” proqnozla təsdiqlənməsi Bankın maliyyə dayanıqlılığının, etibarlı biznes modelinin və davamlı inkişaf strategiyasının beynəlxalq səviyyədə növbəti dəfə təsdiqi hesab olunur.

Expressbank gələcəkdə də korporativ idarəetmənin təkmilləşdirilməsi, risklərin effektiv idarə olunması və müştərilərinə innovativ maliyyə həllərinin təqdim edilməsi istiqamətində fəaliyyətini davam etdirəcək.

 

Related posts

Birbank Biznes-dən mikro biznes kreditinə 5%-dək endirim

Xalq Bankda Landau məktəbliləri üçün bankçılıq üzrə təlim keçirildi

Azərbaycan Banklar Assosiasiyasının prezidenti Zakir Nuriyev AzTV-nin “Hədəf” verilişinin qonağı olub

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı