“Fitch Solutions” 2026-cı ilin sonuna qədər AMB-nin uçot dərəcəsini azaldacağını proqnozlaşdırır

Azərbaycan Mərkəzi Bankı (AMB) 2026-2027-ci illərdə ehtiyatlı, məlumat təhlilinə əsaslanan pul-kredit siyasətinə sadiq qalacaq.

BBN.az xəbər verir ki, bu gözləntiləri “Fitch Group”a daxil olan “Fitch Solutions” şirkəti təqdim edib.

“Fitch Solutions”un proqnozuna görə, əsas faiz dərəcəsi 2025-ci ilin sonuna qədər 6,75 %-ə (proqnoz dəyişməyib – red.), 2026-cı ilin sonuna qədər isə 6,5 %-ə (əvvəlki gözlənti 6,25 % olub) enəcək.

Şirkət qeyd edir ki, bu səviyyə 2020-2024-cü illərdə qeydə alınmış 7,6 % orta göstəricidən aşağı olacaq. Bu azal­ma, dünya neft qiymətlərinin daha aşağı olması fonunda iqtisadi artımın mülayim zəifləməsi ilə əlaqədardır.

Xatırladaq ki, AMB-nin İdarə Heyəti oktyabrın 22-də uçot dərəcəsinin 7 % səviyyəsində saxlanılması barədə qərar qəbul edib. Faiz dəhlizinin aşağı həddi 6 %, yuxarı həddi isə 8 % səviyyəsində saxlanılıb.

Faiz dəhlizinin parametrləri ilə bağlı növbəti qərar barədə məlumat dekabrın 10-da ictimaiyyətə açıqlanacaq.

Related posts

Azərbaycanda Dayanıqlı İnkişaf Məqsədləri üzrə Milli İzləmə Sistemi hazırlanacaq

Azərbaycan Bərabər əməkhaqqı üzrə Beynəlxalq Koalisiyaya üzv olub

Mərkəzi Bankın rəhbər şəxsləri üçün ADA Universitetində keçirilən “Liderlik səriştələri üzrə təlim proqramı”nın bağlanış mərasimi keçirilib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı