“Fitch Solutions” Azərbaycanda 2025-2026-cı illər üçün inflyasiya proqnozlarını yeniləyib

“Fitch Group”a daxil olan “Fitch Solutions” (FS) beynəlxalq analitik şirkəti Azərbaycanda 2025-ci ildə orta illik inflyasiyanı 5,7 %, 2026-cı ildə 5,5 %, 2027-ci ildə isə 4,8 % səviyyəsində proqnozlaşdırır.

BBN.az xəbər verir, bu barəd FS-ə istinadən xəbər verir.

Daha əvvəl şirkətin inflyasiya gözləntiləri 2025-ci ildə 6 % və 2026-cı ildə 5,1 % səviyyəsində olub.

FS-in proqnozlarına görə, orta illik inflyasiya 2028-ci ildə 4,8 %, 2029-cu ildə 4,9 %, 2030-cu ildə 4,7 %, 2031-ci ildə 5 %, 2032-ci ildə 4,9 %, 2033-cü ildə 4,8 %, 2034-cü ildə isə 4,9 % təşkil edəcək.

FS-in proqnozlarına əsasən, Azərbaycanda illik inflyasiya 2025-ci ildə 5 %, 2026-cı ildə 4,9 %, 2027-ci ildə 5,3 %, 2028-ci ildə 5,1 %, 2029-cu ildə 3,5%, 2030-cu ildə 2,6 %, 2031-ci ildə 2,4 %, 2032-ci ildə 2 %, 2033-cü ildə 1,5 %, 2034-cü ildə isə 0,8 % təşkil edəcək.

Azərbaycan İqtisadiyyat Nazirliyinin proqnozlarına görə, ölkədə orta illik inflyasiya bu il 5,4 %, 2026-cı ildə 4,8 %, 2027-ci ildə isə 4,5 % təşkil edəcək. Azərbaycan Mərkəzi Bankının (AMB) yenilənmiş proqnozlarına (oktyabr 2025-ci il) görə, illik inflyasiyanın 2025-ci ildə 6 %, 2026-cı ildə isə 5,7 % ətrafında olacağı gözlənilir.

BMT öz növbəsində Azərbaycanda inflyasiyanı bu il 3,6 %, növbəti ildə isə 3,1 % səviyyəsində proqnozlaşdırır. Dünya Bankı Azərbaycanda 2025-2026-cı illərdə orta illik inflyasiyanı 2,3 % səviyyəsində gözləyir.

Asiya İnkişaf Bankı Azərbaycanda orta illik inflyasiyanı 2025-ci ildə 4,2 %, 2026-cı ildə 3,5 % səviyyəsində proqnozlaşdırır.

Beynəlxalq reytinq agentliyi “Moody’s” Azərbaycanda orta illik inflyasiyanı cari və növbəti illərdə müvafiq olaraq 4 % və 3 % səviyyəsində, “Fitch Ratings” isə 2025-ci ildə 5,3 % və 2026-cı ildə 4,6 % səviyyəsində proqnozlaşdırır. Niderlandın ən böyük bank qrupu olan “ING Group”un 2025-ci il üçün proqnozu 5,8 %, 2026-cı il üçün 5,9 %, 2027-ci il üçün isə 8,9 % təşkil edir.

Qeyd edək ki, Azərbaycanda orta illik inflyasiya ötən il 2,2 %, 2025-ci ilin yanvar-oktyabr aylarında isə 5,7 % təşkil edib.

Related posts

İngiltərə Bankı əsas faiz dərəcəsini 3,75%-ə endirib

DOST Agentliyi inzibati binaların əsaslı təmirinə 7.3 mln. manat xərcləyəcək

Omanla iqtisadi əlaqələrin möhkəmləndirilməsi imkanları nəzərdən keçirilib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı