Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Fitch Solutions: STAR zavodu Rusiya neftinin alışını azaldır - BBN

Fitch Solutions: STAR zavodu Rusiya neftinin alışını azaldır

2025-ci ilin sonundan SOCAR-ın Türkiyədəki aktivi olan STAR Refinery Rusiya neftinin alışını azaltmağa başlayıb.

Bu barədə Fitch Solutions beynəlxalq analitik şirkətinin hesabatında bildirilib.

Qeyd olunur ki, faktiki olaraq Rusiyaya alternativ neft və təbii qaz mənbəyi kimi çıxış edən Azərbaycan sanksiyalara məruz qalmış ölkədən nisbi geosiyasi məsafə saxlamaqla fayda əldə edib. Hesabata əsasən, STAR zavodu xammal kimi 98 % Rusiya neftindən istifadə edir və bunun 73 %-i ABŞ-nin sanksiya tətbiq etdiyi Rusiyanın LUKOIL şirkəti tərəfindən birbaşa tədarük edilir.

Bildirilir ki, 2025-ci ilin sonunda zavod Rusiya neftinin alışını azaltmağa başlayaraq tədricən geosiyasi uzaqlaşma nümayiş etdirib. Reuters agentliyinin mənbələrinə istinadən qeyd olunur ki, müəssisə alternativ tədarük mənbələri axtarışına başlayıb və bu yaxınlarda Qazaxıstan, İraq və Rusiya ilə əlaqəli olmayan digər ölkələrdən dörd partiya neft alıb. Bu isə Rusiya neftinin STAR-ın əsas xammal bazasını təşkil etdiyi əvvəlki təcrübənin dəyişdiyini göstərir.

Xatırladaq ki, STAR NEZ-in açılış mərasimi 2018-ci il oktyabrın 19-da İzmir şəhərində keçirilib, zavodun təməli isə 2011-ci il oktyabrın 5-də qoyulub. Müəssisə Türkiyənin ilk Strateji Sərmayə Təşviq Sənədinə sahibdir.

Əvvəlcə STAR ildə 10 milyon ton neft emal edib, 2021-ci ildə güc 11 milyon tona çatdırılıb. Hazırda zavodun illik emal gücü 13,5 milyon ton xam neft təşkil edir. Müəssisədə “Urals”, “Azeri Light” və “Kərkük” markalı neft növlərinin emalı mümkündür. Zavod illik 1,6 milyon ton nafta, 4,8 milyon ton dizel, həmçinin təyyarə yanacağı, LPG, neft koksu və qarışıq ksilol istehsal etmək imkanına malikdir.

Related posts

ABŞ-ın xam neft ehtiyatları azaldı

IMF: 2026-cı ildə Azərbaycanın neftinin orta ixrac qiyməti 66,7 ABŞ dolları olacaq

IMF: 2026-cı ildə Azərbaycanın təbii qazının orta ixrac qiyməti 380,4 ABŞ dolları olacaq

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı