“Fiziki infrastruktur” işçi qrupunun növbəti iclası keçiriləcək

16 iyul 2024-cü il tarixində Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Fiziki infrastruktur” işçi qrupunun videokonfrans formatında növbəti iclası keçiriləcək.

İclas çərçivəsində qrupda təmsil olunan qurumlar tərəfindən onların icraçısı olduqları tədbirlər üzrə 2024-cü ilin I yarımili ərzində görülmüş işlərə dair hesabatların təqdim edilməsi və aidiyyəti məsələlərin müzakirəsi nəzərdə tutulur.

Keçiriləcək iclasla əlaqədar vətəndaşlar, o cümlədən özəl sektorun nümayəndələri Komissiyanın www.azranking.az internet portalının onlayn müraciət (www.azranking.az/online-apply) bölməsi  vasitəsilə əsas mövzu ilə bağlı təklif verə və ya məsələ qaldıra, habelə işçi qrupun iclasında iştirak etmək barədə müraciət edə bilərlər.

Related posts

İsraillə iqtisadi əlaqələr müzakirə olunub

Rusiya ilə iqtisadi əlaqələr müzakirə olunub

Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru ilə görüş keçirilib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı