Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
"FNC BOKT" QSC-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşmışdır - BBN

“FNC BOKT” QSC-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşmışdır

29 yanvar 2026-cı il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “FNC BOKT” QSC-nin istiqrazların ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilmişdir.

Qeyd olunan AZ2001024242 ISIN kodlu istiqrazların yerləşdirilməsi üzrə hərrac 05.02.2026-cı il tarixində yekunlaşmışdır. 

Qeyd olunan qiymətli kağızların ticarət nəticələri “Bakı Fond Birjasında Qiymətli Kağızların Ticarətə Qəbulu, Listinqə Alınması, Listinqdə Saxlanılması və Delistinqi Qaydaları”-n  3.19  bəndinin tələblərinə cavab verdiyindən, adıgedən istiqrazlar Standart Bazar Listinq seqmentinə alınır.

İstiqrazların emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentin profili” bölməsindən əldə edə bilərsiniz.

İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:

Emitentin adı “FNC BOKT” QSC
Dövlət qeydiyyat nömrəsi – İSİN AZ2001024242
İstiqrazların növü və forması Faizli təmin edilməmiş, sənədsiz, adlı istiqraz
Ticarət üsulu/forması Kütləvi / Birqiymətli Hərrac
İstiqrazların sayı 950 (ədəd)
İlkin ticarət qiyməti 5,000 manat
İstiqrazların buraxılış həcmi 4,750,000 manat
Kupon faizi 15%
Ödəmə Periodu İlk istiqrazın yerləşdirildiyi tarixdən etibarən hər 1 (bir) təqvim ilindən bir (bir ildə 360 gün olduğunu qəbul etmək şərti ilə) ödənilir
Tədavül müddəti 5 il
Hərrac qiyməti* 5,000 manat
Reallaşdırılmış həcm 4,750,000 manat
Sifarişlərin ümumi həcmi (nominal qiymətlə) 4,750,000 manat
İnvestor sayı 50
Sifariş sayı 50
Anderrayter  “CPM-İnvest İnvestisiya Şirkəti” ASC

Related posts

Dövriyyədə olan ödəniş kartlarının sayı 22,2 milyona çatıb

Bankların kreditlərdən faiz gəlirləri 21% artıb

Azərbaycan Mərkəzi Bankı: Bankların depozitlər üzrə faiz xərcləri 17% artıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı