Forbes: 2023-cü ildə yaxından izləməli olduğunuz TOP fintex trendlər

2022-ci il bir çox sahələr üçün çətin oldu. Pandemiyadan tutmuş, müharibə ilə əlaqəli enerji böhranı, kripto marketdə böhranlı hallar və s. Dünyada bizneslər üçün davamlı olaraq yeni dəyişikliyə adaptasiya olmaq artıq yeni normal hesab edilir. 2023-cü ildə maliyyə texnologiyaları (fintex) sahəsində yaxından izləməli olduğunuz trendlər var.

1. “Embedded Finance”

“Embedded Finance” ekosistemin ən böyüklərindən biridir. Bu, bankçılıq, kredit, investisiya kimi maliyyə xidmətlərini əhatə edir və özünü ödəniş prosesləri və sığorta kimi sahələrə qədər genişləndirir. “Embedded Finance”nin bütün formaları arasında “İndi al, sonra ödə” görünən inkişaf edən sektorlardan biridir. Ascent-dən sorğu nəticələri göstərib ki, millennial və Z nəsli “İndi al, sonra ödə” yeniliyinə daha çox açıqdırlar. Bir çoxları isə bu trendin gəncləri borclanmağa apardığı ilə bağlı tənqid edirlər. Lakin bu sahəyə qoyulan milyardlarla investisiyalar trendin yavaşlayacağına dəlalət etmir. Proqnozlara görə, dünyada 2026-cı ilə qədər tranzaksiyaların 576 milyard dolları təkcə “İndi al, sonra ödə”nin payına düşəcək. Bu isə 2021-ci ildəki 120 milyard dollardan yüksələcəyi deməkdir.

2. Alternative Financing (Alternativ Maliyyələşdirmə, yaxud Alternativ Maliyyə)

Bank liderlərinin böyük qismi (79%-i) 2021-ci ildə keçirilən sorğuda ticarətin dəstəklənməsinə ayrılan kapitalın həcmini azaltmadıqlarını iddia etsə də, qlobal ticarətin maliyyələşdirilməsi üzrə uçurum buna baxmayaraq, durmadan genişlənir və burada alternativ maliyyələşdirmə işə düşür. Alternativ Maliyyələşdirmənin gələcəkdə biznes ekosisteminin dəstəklənməsində rolunu artıracağı gözlənilir.

3. Ətraf mühit, Sosial və İdarəetmə təşəbbüsləri

Son illərin trendlərindən biri də Ətraf mühit, Sosial və İdarəetmə təşəbbüsləri, başqa adla (ESG)-dir. Bloomberg-in analitikləri isə təxmin edirlər ki, qlobal ESG aktivləri 2025-ci ilə qədər 53 trilyon dolları keçəcək.

4. Blokçeyn Texnologiyaları

Bu il kripto treyderlər və investorları üçün dalğalı bir dövr olub. Blokçeyn texnologiyalarının məqsədi odur ki, kiçik ödəniş qarşılığında beynəlxalq ödənişlər ilə bağlı təhlükəsizliyi və sürəti artırsınlar. Maraqlıdır ki, son bir sorğu göstərib ki, müştərilərin yarıdan çoxu (52%-i) kriptovalyutalara uzaq transferlər üçün “etibarlı alternativ” kimi baxır. 45%-i isə məhz bu məqsədddən dolayı ondan istifadə edir.

Related posts

ABB “Yaşıl dünya” təşəbbüslərinə dəstək olaraq BMT-nin Qlobal Sazişinə qoşuldu

Zəhra Zümrüt: “İslam maliyyəsi bazarının həcmi 2026-cı ilə qədər 5,9 trilyon ABŞ dollarına çatacaq”

KOB Bankçılığı ilə dayanıqlı biznes və milli brendlərin yaradılmasının təşviq etmə modeli

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı