Forbes: Bloomberg-in iPhone 14 ilə bağlı xəbərindən sonra Apple səhm qiymətləri enib

Çərşənbə günü səhəri Apple-ın səhmləri 4.4%-dən çox aşağı enərək 145.03 dollara çatıb.

BBN.az xəbər verir ki, səhm qiymətinin dəyişməsinə səbəb isə Bloomberg-in məlumatı olub. Belə ki, xəbərdə deyilirdi ki, Apple tələbin dəyişməsindən dolayı iPhone 14 istehsalını 2022-ci ilin II yarısında 6 milyon ədədə qədər artırmaq planlarını dayandırıb.

Forbes nəşri yazır ki, iyul ayında olan təxminlərə uyğun olaraq, Bloomberg qeyd edir ki, Apple hələ də cari ilin II yarısında 90 milyon ədəd iPhone 14 istehsalı hədəflərinə çatmağı gözləyir. Lakin çərşənbə günü Morgan Stanley və Citi-dən deyiblər ki, onlar iPhone tələbi ilə bağlı gözləntilərini dəyişməz saxlayırlar. 

Morgan Stanley-nin analitiki bildirilib ki, iPhone 14 ilə bağlı tələb proqnozu “dişləməkdən daha çox hürməyə” bənzəyir. 

Yaxşı xəbər budur ki, Apple səhmləri daha sonrakı ticarətdə qiymətini yalnız 1.3% aşağı endirib. Demək olar ki, Apple, Dow Jones səhm bazarında yeganə texnologiya şirkət olub ki, qiyməti enib. 

Qeyd edək ki, Apple şirkəti özünün iPhone 14 də daxil olmaqla yeni modellərini sentyabrın 7-də təqdim edib.

Related posts

Ölkədə 2,7 milyon təsərrüfatın genişzolaqlı internetə çıxışı təmin olunub

“Milliön” Yevlax Xidmət Mərkəzi yerli əhalinin ixtiyarına verilib

Visa ABB-nin layihələrini mükafatlandırdı

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı