“Forbes” “iPhone 16”dan yazdı: Sentyabrın 10-da təqdim ediləcək?

İnternetdə yayılan şayiələrə əsasən “iPhone 16” sentyabrın 10-da təqdim ediləcək. “Forbes” nəşri qeyd edir ki, yeni “Apple” məhsullarının təqdimatı hamının gözlədiyi kimi sentyabrın 10-da, yaxud ondan bir gün öncə və ya bir neçə gün sonra baş tuta bilər. 

BBN.az nəşrə istinadən yazır ki, bildirilir ki, “iPhone 16”nın satış tarixi isə sentyabrın 20-dən başlaya bilər.  

Qeyd edək ki, “iPhone 16”-nın sentyabrın 10-da təqdim ediləcəyi ilə bağlı məlumatın təsvirini lorevfx” (bir sıra qrafik təsvirlərdən – Fiqma və Aİ-dən istifadə etməklə 10 dəqiqədən az bir vaxtda hazırlayıb və bunu ürəyi sıxıldığı üçün etdiyini deyib) hazırlayıb və texno yazarlara göndərib, bu məlumatı Majin Bu isə X platforması üzərindən paylaşıb. Majin Bu daha sonrakı açıqlamasında qeyd edib ki, məlum idi ki, “Apple”ın sentyabrın 10-dakı təqdimat təsviri saxtadır, ancaq içindəki məlumatlar daha real görünürdü. Majin Bu lorevfx-ə “mən sənin səylərini yenə də dəstəkləyirəm, əgər kiminsə qrafik köməyə ehtiyacı olsa, onunla əlaqə saxlayın”. 

“Forbes” nəşri qeyd edir ki, hər nə qədər şayiə olsa da, təsvirdən təxmin etmək olar ki, “iPhone 16 Pro” bronz rəngdə ola bilər. Həmçinin “iPhone 16”da “capture” düyməsinin də olacağı təxmin edilir. 

Related posts

Yelo taksit kartı ilə təhsil xərclərini qarşıla!

Daha bir elektron pul təşkilatı Mərkəzi Bankdan müddətsiz lisenziya alıb

Kriptovalyutaların bu günə olan qiymətləri nə qədərdir?

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı