Formula 1 Azərbaycan iqtisadiyyatına 500 milyon dollar gəlir gətirib – Əməliyyat Şirkəti

İlk dörd ilin göstricilərinə görə Formula 1 Azərbaycan Qran Prisinin keçirilməsindən ölkə iqtisadiyyatına gələn gəlir 500 milyon dollar olub.

Bunu Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin mətbuat katibi Turab Teymurov deyib.

O qeyd edib ki, 2023 Formula 1 Azərbaycan Qran Prisi də ölkə iqtisadiyyatına böyük töhfə verəcək.

“Bu il də maksimal sayda azarkeşlərin gəlməsi iaşə obyektləri və digər obyektlər üçün, ümumi iqtisadiyyatımız üçün öz töhfəsini verəcək. Bu yarışlarn Azərbaycan iqtisadiyyatına gətirəcəyi faydalar hesablanıb açıqlanacaq”, – deyə o əlavə edib.

Qeyd edək ki, 2023 Formula 1 Azərbaycan Qran Prisi 28-30 aprel tarixlərində baş tutacaq. Qran Pridə 10 komanda iştirak edəcək.

Trend

Related posts

ARDNF 2024-cü ilin ilk 6 ayı üzrə investisiya fəaliyyətini açıqladı

AZPROMO və Albaniya İnvestisiya Korporasiyası arasında görüş keçirilib

BFB 2024-cü ilin yanvar-iyun ayları üzrə ticarət olunan bazarlar üzrə birja üzvlərinin dövriyyəsini açıqladı

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı