Fransada iPhone 12-lərin satışı qadağan edilib

Fransanın Rəqəmsallaşma və Telekommunikasiyadan məsul naziri Jean-Noel Barrot, X sosial media platformasında verdiyi açıqlamada, ABŞ texnologiya nəhəngi Apple yeniləmə gətirənə qədər Fransada iPhone 12 model telefonun satışının dayandırıldığını söylədi.

BBN.az xəbər verir ki, nazir Barrot, Milli Tezlik Agentliyindən (ANFR) sözügedən qadağaya əməl etmək üçün bütün zabitlərini səfərbər etməyi xahiş etdiyini bildirdi.

Elektron cihazların insanlara yaydığı elektromaqnit dalğalarının miqdarına nəzarət edən ANFR-nin verdiyi açıqlamaya görə 141 telefon modeli üzərində edilən nəzarətlərdə iPhone 12-lərin Avropada icazə verilən radiasiya miqdarını keçdiyi müəyyən edilib.

Avropada telefon cibdə və ya əlində tutulduqda radiasiya miqdarının 4V/kq olması tələb olunur. ANFR, iPhone 12 model telefonda bu həcmin 5,74 Vt/kq olduğunu ortaya qoyub.

Related posts

Kapital Bank-la rəqəmsal transformasiya və süni intellektin gələcəyi: Nəriman Əsədovla müsahibə

Qeyri-neft sektorundan vergi daxilolmaları 13% artıb

Azərbaycan-İsrail enerji əməkdaşlığı müzakirə edilib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı