“From Insight to Impact: Mastering ESG for Future-Ready Management” mövzusunda təlim təşkil edilib

4 oktyabr 2025-ci il tarixində  Azərbaycan Bank və Maliyyə Tədris Mərkəzi (ABFTC) tərəfindən bank sektorunda dayanıqlı inkişaf və ESG (Ətraf mühit, Sosial və İdarəetmə) prinsiplərinin tətbiqinin təşviqi məqsədilə “From Insight to Impact: Mastering ESG for Future-Ready Management” mövzusunda təlim təşkil edilib.

Təlim çərçivəsində iştirakçılara ESG hadisələri və davamlılığın inkişafında əsas mərhələlər, korporativ davamlılıq üzrə əsas yanaşmalar və trendlər, ESG-nin artımı, çətinliklər və imkanlar, ESG maraqlı tərəfləri, qlobal və regional kontekstdə normativ çərçivələr, ESG investisiyası və reytinqlər, ESG risklərinin idarə olunması, məlumat keyfiyyəti və hesabatlılıq kimi mövzular təqdim olunub.

Təlimdə həmçinin ESG-nin təşkilatın strategiyasına inteqrasiyası, idarə heyətinin bu prosesdə rolu və təşkilat daxilində ESG transformasiyasının əsas istiqamətləri müzakirə edilib.

Təlim Gürcüstan Banklar Assosiasiyasının ESG və Dayanıqlı Maliyyə layihə koordinatoru, ESG və dayanıqlı maliyyə, risklərin idarə edilməsi və korporativ idarəetmə sahəsində 16 illik təcrübəyə malik Levan Qogoladze tərəfindən aparılıb.

ABFTC tərəfindən təşkil olunan bu təlim bank sektorunun ESG bilik və bacarıqlarının artırılmasına, beynəlxalq trendlərin tətbiqinə və dayanıqlı idarəetmə mədəniyyətinin gücləndirilməsinə mühüm töhfə verir.

Qeyd edək ki,  Azərbaycan Bank və Maliyyə Tədris Mərkəzi (ABFTC) 2000-ci ildə Avropa Birliyi tərəfindən yaradılıb, Azərbaycan Banklar Assosiasiyasının törəmə müəssisəsidir. İndiyə qədər ABFTC tərəfindən 250-a yaxın təlim mövzusu üzrə, 38 mindən çox dinləyiciyə 2600-ə yaxın təlim kursu təşkil edilmişdir.

Related posts

AzMİU-nun əməkdaşları dövlət təltiflərinə layiq görülüb

Məktəblilərarası Maliyyə Savadlılığı Viktorinasının final mərhələsi başa çatdı

“AzerGold” QSC-nin müşaviri Bakı Dövlət Universitetində təqdimatla çıxış edib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı