Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
"FT": Avropa İttifaqı daxilində bank əməliyyatları asanlaşdırlır - BBN

“FT”: Avropa İttifaqı daxilində bank əməliyyatları asanlaşdırlır

Avropa İttifaqı blok daxilində banklar arasında vəsaitlərin hərəkətinə mane olan tənzimləyici məhdudiyyətləri aradan qaldırmağı planlaşdırır.

BBN.az xəbər verir ki, “Financial Times” bu barədə Avropa Komissiyasının hesabat layihəsinə istinadən xəbər yayıb.

Hesabata görə, Aİ bank sektorunun rəqabət qabiliyyəti ilə bağlı hesabat layihəsində yer alan təkliflər Avropa kredit təşkilatlarının Amerika rəqibləri ilə müqayisədə səmərəliliyini artırmağa yönəlib. Xüsusilə, kredit reytinqi olmayan şirkətlərə ipoteka və kreditlər üçün kapital tələblərinin yumşaldılması ehtimalı nəzərdən keçirilir.

Qeyd olunur ki, sənəddə həmçinin bank əmanətlərinin sığortalanması sistemində islahatların aparılması və investisiya şirkətləri üçün kapital tələblərinin yenidən nəzərdən keçirilməsi nəzərdə tutulur.

Avropa Bank Federasiyasının məlumatına görə, mövcud tənzimləyici məhdudiyyətlər kreditləşməni dayandırır və Aİ-nin investisiya boşluğu ildə 1,4 trilyon avro olaraq qiymətləndirilir.

Təşkilat hesab edir ki, mövcud sistem bankları milli törəmə müəssisələrdə artıq kapital və likvidlik saxlamağa məcbur edir.

“The Financial Times” həmçinin qeyd edir ki, yeni təkliflər bank qruplarına xaricdə resursların bölüşdürülməsində daha çox çeviklik təmin edə bilər. Bu, öz növbəsində, milli tənzimləyici tələblərlə bağlı məhdudiyyətləri aradan qaldırmalıdır.

Related posts

Aİ Rusiya əleyhinə sanksiyaların müddətini uzadıb

AVROZONADA ŞOK QƏRAR: AMB inflyasiya ilə mübarizədə “sığorta” faiz artımına getdi

Avrozonada korporativ kreditlərin artımı son üç ildə ən yüksək həddinə çatıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı