Gələn il üçün yaşayış minimumu ölkə üzrə 300 manat olacaq.
BBN.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasında 2026-cı il üçün yaşayış minimumu haqqında” qanun layihəsində əksini tapıb.
Beləliklə, gələn il üçün yaşayış minimumu 15 manat artırılacaq.
Müzakirələrdən sonra layihə səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.