Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Gəncə və Göygöl şəhərlərində dövlət dəstəyi ilə 15 qonaq evi yaradılıb - BBN

Gəncə və Göygöl şəhərlərində dövlət dəstəyi ilə 15 qonaq evi yaradılıb

“Kəndlərdə sahibkarlığın və özünüməşğulluğun inkişafı – 2023” layihəsi uğurla başa çatıb.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi və Dövlət Turizm Agentliyi tərəfindən birgə həyata keçirilən “Kəndlərdə sahibkarlığın və özünüməşğulluğun inkişafı – 2023” layihəsi uğurla başa çatıb. Layihənin məqsədi kəndlərdə sahibkarlığın və turizmin inkişafını dəstəkləmək, məşğulluq imkanlarını artırmaq və regionların iqtisadi inkişafına töhfə verməkdir.

Layihə çərçivəsində Gəncə və Göygöl şəhərlərindən seçilən şəxslər turizm sahəsində sahibkarlıq fəaliyyətinə başlaması üçün KOBİA və Dövlət Turizm Agentliyi tərəfindən biznes planın hazırlanması, mühasibatlıq, qonaq evlərinin idarə edilməsi, “Booking.com” və “Airbnb.com” platformalarından qonaq qəbulu üzrə təlimlərə cəlb ediliblər.

Təlimləri uğurla tamamlayan 15 layihə iştirakçısı Dövlət Məşğulluq Agentliyi tərəfindən “Aqroturizm” istiqaməti üzrə kənd qonaq evlərinin yaradılması üçün zəruri avadanlıqlarla təmin olunublar.

Related posts

Azərbaycan və Qırğızıstan bankları arasında HR sahəsində təcrübə mübadiləsi keçirilib

Milli Məclis İnzibati Xətalar Məcəlləsinə çoxsaylı dəyişiklikləri üçüncü oxunuşda qəbul edib

ING-dən ən yüksək proqnoz: Bu il Azərbaycanda CƏB-in profisiti 11%-ə çatacaq

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı