“Gənc Aqrosahibkarlar” layihəsinin rəsmi açılış konfransı keçirilib

Mayın 31-də “Gənc Aqrosahibkarlar” layihəsinin rəsmi açılış konfransı keçirilib. Birləşmiş Krallığın Xarici İşlər, Birlik və İnkişaf Ofisinin (FCDO) maliyyələşdirdiyi layihə bir neçə tərəfdaşın koalisiyası tərəfindən həyata keçiriləcək: Azərbaycan Mikromaliyyə Assosiasiyası (AMFA), “Finance and Social İnnovation Consulting” MMC (FSIC), Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK), “ASK Business Counsulting” MMC və “Dəmirağac” Ekoloji İctimai Birliyi.

“Gənc Aqrosahibkarlar” layihəsinin ümumi məqsədi innovativ və ekoloji cəhətdən təmiz kənd təsərrüfatı texnikası, texnologiyaları və müasir kənd təsərrüfatı xidmətlərinin tətbiqində yeni nəsil gənc kənd sahibkarlarına kömək etməklə Azərbaycanda ev təsərrüfatlarının inkişafına və yoxsulluğunun azaldılmasına töhfə verməkdir. Layihənin xüsusi məqsədi isə, 2025-ci ilə qədər Lənkəran, Astara, Lerik və Masallı rayonlarında fermerlər, xüsusilə də kənd təsərrüfatı ilə məşğul olan gənclər üçün davamlı məşğulluğun və gəlirlərin yaradılmasıdır.

Layihə çərçivəsində Azərbaycanın cənub bölgəsində yaşayan 70 gəncin (35 kişi və 35 qadın) kənd təsərrüfatı ilə məşğulluğunun artırılması; tərəvəz və meyvə dəyər zəncirlərinə dövlət və özəl sektorun maliyyələşdirilməsinin artırılması; kənd təsərrüfatı xidmətləri üzrə investisiya siyasətini effektiv formalaşmasına dəstəyin olunması, yaxşı təcrübələrin tətbiqinə təsirin və bu sahədə dövlət özəl tərəfdaşlığının gücləndirilməsi; fermerlərin permakultura konsepsiyası sahəsində biliklərinin artırılması, iqlim dəyişikliyinin onların dolanışıq vasitələrinə təsirinə qarşı dayanıqlılığın artırılmasını; iki feyxoa kooperativinin yaradılması, fermerlərin bazarlara çıxışının artırılması planlaşdırılır.

Tədbirdə çıxış edən Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev bildirib ki, aqrar sektor bugün Azərbaycanda inkişaf edir və xüsusən də bioloji təmiz məhsullar sahəsində ölkəmiz böyük potensiala malikdir. İxrac məhsullarımızın strukturuna baxsaq aqrar məhsulların payının ilbəil artdığını görərik. Konfederasiya rəhbərinin sözlərinə görə, ölkə daxilində qida və dəyər zəncirinin yaradılması çox vacib məsələdir, ona görə də kənd təsərrüfatının, aqrosahibkarlığın inkişafına torpaqdan başlayaq, son məhsulun qablaşdırılmasına, markalanma, brend yaratmaya qədər kompleks şəkildə baxmaq lazımdır.

Qeyd edək ki, tədbirdə AMFA-nın sədri Cəlal Əliyev, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Dövlət Ekoloji Ekspertiza Agentliyininin idarə heyətinin sədri Mirsalam Qənbərov və Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld çıxış ediblər.

Tədbirdə dövlət orqanlarının, biznesə dəstək təşkilatlarının nümayəndələri və sahibkarlar iştirak edirdi. Konfrans panel müzakirələrlə davam edib.

Related posts

Qeyri-neft sektorundan vergi daxilolmaları 13% artıb

Azərbaycan-İsrail enerji əməkdaşlığı müzakirə edilib

Azərbaycanın IV Könüllü Milli Hesabatı BMT-yə təqdim edilib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı