“GL” ASC-nin istiqrazının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir

29 avqust 2024-cü il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “GL” ASC-nin ümumi buraxılış həcmi 400,000 (dörd yüz min) manat olan istiqrazı standart bazar seqmentində listinqə daxil edilmişdir.

Qeyd olunan istiqrazın yerləşdirilməsi 30 avqust 2024-cü il tarixində Bakı Fond Birjasında birqiymətli hərrac üsulu ilə həyata keçiriləcəkdir.

İstiqrazın emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentlərin profili” (https://www.bfb.az/az/emitentler) bölməsindən əldə edə bilərsiniz.

İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:

Emitentin adı

“GL” ASC

Dövlət qeydiyyat nömrəsi – İSİN

AZ2031020285

İstiqrazın növü və forması

İstiqraz faizli, təmin edilməmiş sənədsiz adlı

Ticarət üsulu / forması

Kütləvi/Birqiymətli

İstiqrazın sayı

400 (ədəd)

İlkin ticarət qiyməti

1,000 manat

İstiqrazın buraxılış həcmi

400,000 manat

İllik gəlirlilik faizi

15%

Ödəmə Periodu

Hər ayda bir dəfə (hər bir ayın 30(otuz) gün olduğunu qəbul etmək şərti ilə)

Tədavül müddəti

5 il

Ticarətə buraxılma tarixi

30.08.2024

Anderrayter

“INVEST-AZ İ.Ş” ASC

Related posts

“GL” ASC-nin istiqrazının yerləşdirilməsi üzrə hərrac yekunlaşmışdır

Yelo taksit kartı ilə təhsil xərclərini qarşıla!

Növbəti “Sıfır Tullantı” həmrəylik marafonu Kür çayının sahilində keçirildi

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı