Goldman Sachs-ın baş iqtisadçısı Jan Hatzius ABŞ iqtisadiyyatında eniş oduğunu söyləyib və FED-in mart ayında faiz endirimi “məntiqli olardı” deyə əlavə edib.
BBN.az xəbər verir ki, çərşənbə axşamı Honq-Konqda Bloomberg televiziyasına müsahibə verən Hatzius “FED yumşaq eniş əldə etmək yolundadır, amma hələki buna zəmanət yoxdur”, – açıqlamasını verib.
Hatzius FED-in mart ayı yumşaltmasının Goldman üçün əsas olaraq qaldığını, bunun istehlak qiymətləri yolu ilə uyğunlaşacağını söyləyib və FED sədri Jerome Powell-in keçən ay inflyasiya 2 faizə qayıtmadan faizləri azaltmaq istədiyi şərhini təkrar vurğulayıb.
Onu da qeyd edək ki, FED rəsmiləri bazarın bu il yaxın və dərin faiz endirimləri gözləntilərinə qarşı geri addım atdıqca, mart ayında faiz endirimi ehtimalı son günlərdə əhəmiyyətli dərəcədə azalaraq təxminən 37 faizə düşüb.