ABŞ-ın ən böyük investisiya banklarından olan “Goldman Sachs” yeni bir satınalma əməliyyatı həyata keçirib. Belə ki, sözügedən maliyyə institutu Çin bazarında əməliyyat radiusunu genişləndirmək məqsədilə ölkədə sahib olduğu şirkətin geri qalan bütün səhmlərini satın alıb.
2017-ci ildə “Goldman Sachs” və “Beijing Gao Hua Securities” şirkətinin ortaq investisiyası nəticəsində yaradılan “Gao Hua” şirkətində səhm payı müvafiq olaraq 51%-49% nisbətində bölünmüşdü. 2020-ci ilin dekabrında Çinin İstiqraz Satışları üzrə Tənzimləmə Komissiyasına satınalma ilə bağlı müraciət edən “Goldman Sachs” nəhayət ki təsdiq alıb və geri qalan 49%-lik səhm payını da öz tərkibinə keçirib.
Qeyd edək ki, “Goldman Sachs” 2004-cü ildən etibarən Çin bazarında səhmlərin və istiqrazların alış-satışı ilə məşğuldur.