Gömrük təmsilçiləri və logistika şirkətlərinin nümayəndələri ilə görüş keçirilib

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) ölkə iqtisadiyyatının müxtəlif sahələrində fəaliyyət göstərən sahibkarların vergi qanunvericiliyinin tətbiqi ilə bağlı qarşılaşdıqları çətinliklərin və irəli sürdükləri təkliflərin öyrənilməsi istiqamətində əməkdaşlığı və görüşləri davam etdirir.

Növbəti görüş DVX-nin Vergi siyasəti baş idarəsinin təşkilatçılığı, İdxal-İxrac Əməliyyatları üzrə baş İdarəsinin, “Azərbaycan Gömrük Təmsilçiləri və Logistika Şirkətlərinin Assosiasiyası” İctimai Birliyinin və gömrük təmsilçiliyi üzrə şirkətlərin nümayəndələrinin iştirakı ilə keçirilib. Tədbirdə gömrük təmsilçiliyi institutunun mahiyyəti, formalaşdırılması və inkişaf etdirilməsinin əhəmiyyəti haqqında məlumat verilib, ölkəmizdə logistika sahəsində fəaliyyətin təşkili istiqamətində görülən işlər, qanunvericilikdə yer alan məqamlar, sənədləşmə prosedurları, bu sahənin rəqabətqabiliyyətliliyinin artırılması, o cümlədən gömrük təmsilçiliyinin inkişafı üçün səmərəli mexanizmlərin yaradılması üzrə təşəbbüslər müzakirə edilib və onların həlli istiqamətində fikirlər səsləndirilib.

Qaldırılan məsələlərlə bağlı müvafiq izahatlar verilib, iştirakçıların sualları cavablandırılıb. Sahibkarların təkliflərinin diqqətdə saxlanılacağı və dövlət-biznes əməkdaşlığının bundan sonra da davam etdiriləcəyi bildirilib. Bu istiqamətdə beynəlxalq təcrübənin araşdırılması, sistemli təkliflər paketinin hazırlanması, təhlillərin və təkliflərin vergi orqanlarına təqdim olunması qərara alınıb.

Related posts

Energetika naziri Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru ilə görüşüb

Qeyri-neft sektorundan vergi daxilolmaları 13% artıb

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətində 2024-cü ilin birinci yarısının yekunlarına həsr olunmuş müşavirə keçirilmişdir

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı