Gömrük xətti ilə büdcə daxilolmaları 4,3 mlrd. manatı ötüb

2024-cü ilin yanvar-avqust aylarında gömrük xətti ilə büdcə daxilolmaları 5.3% artaraq 4 milyard 378,216 milyon manata çatıb.

BBN.az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

Məlumata əsasən gömrük rüsumları üzrə daxilolmalar 1 milyard 198,040 milyon manat (ötən ilin eyni dövrünə nisbətən 12.1% çox), əlavə dəyər vergisi (ƏDV) üzrə daxilolmalar 3 milyard 23,301 milyon manat (3.8% çox), aksizlər üzrə daxilolmalar 130,845 milyon manat (11.4% az), yol vergisi üzrə daxilolmalar isə 26,030 milyon manat (14% az) təşkil edib.

Related posts

Dördüncü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşlər keçirilib

Ağdaşda Aqrar Biznes Festivalı keçirilib

“Trampın tarifləri ABŞ iqtisadiyyatını tənəzzülə sürükləyəcək”

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı