Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
"Google" artıq daha az işçi işə götürəcək

“Google” artıq daha az işçi işə götürəcək

“Google” xidmətinin sahibi olan “Alphabet” şirkəti 2021-ci ilə qədər yeni işə götürülən əməkdaşların sayını azaldacağını açıqlayıb. Bunun səbəbi kimi isə, koronavirus pandemiyası nəticəsində iqtisadiyyatın yavaşlaması ilə yanaşı, gəlirlərin maksimallaşdırılması üçün xərclərin azaldılması da göstərilib. Bu barədə, şirkətin CEO-su Sundar Pichai çərşənbə günü ictimaiyyətə açıqlama verib.

Məlumat üçün qeyd edək ki, pandemiya dövründə “Alphabet” şirkəti məktəblərə distant təhsil üçün 4000 Chromebook paylamaqla yanaşı, 800 milyon dollar həcmində dəstək qrantları da ayırıb. 120 minə yaxın işçisini məsafədən işə cəlb edən texnologiya nəhəngi hal-hazırda Böyük Britaniya mərkəzli “NHSX” qurumu ilə koronavirusla mübarizə üçün mobil tətbiqetmə hazırlanması üzərində çalışır.

Related posts

“Nebius” konvertasiya olunan istiqrazların yerləşdirilməsi nəticəsində $4 mlrd. cəlb edib

Qlobal Bazarlarda “Qırmızı Tufan”: Neft və Qaz Sıçrayır, Səhmlər Çökür!

EBRD Azərbaycanda cari layihələr portfelini və əməliyyat aktivlərini artırıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı