“Google” debet kart istifadəyə verəcək

Texnologiya nəhəngi “Google” ödəniş texnologiyaları sektorunda “Apple” və “Huawei” şirkətlərinin qısa müddət əvvəl istifadəyə verdiyi ödəniş kartları ilə rəqabətdə geri qalmamaq üçün debet kart istifadəyə verəcək. “Google” debet kartı ilə ödənişlər yerinə yetirilməklə yanaşı, kartı “Google Pay” tətbiqetməsi ilə də inteqrasiya etmək mümkün olacaq.

Tətbiqetməyə inteqrasiya edilən karta istənilən vaxt maliyyə vəsaiti mədaxil edilə və köçürülmə həyata keçirilə biləcək. Kart “bluetooth” sistemi vasitəsilə ödənişlərin həyata keçirilməsinə də imkan tanıyacaq.

“Google” debet kart layihəsinin həyata keçirilməsi üçün “Citibank” və  “Stanford Federal Credit Union” maliyyə qurumları ilə tərəfdaşlıq müqaviləsi imzalayıb.

Related posts

Şərq Tərəfdaşlığı ölkələrinin İKT və kibertəhlükəsizlik assosiasiyaları arasında əməkdaşlıq imkanları müzakirə edilib

Smartfon bazarı süni intellektin təsiri ilə 6 faiz böyüdü

Ölkədə 2,7 milyon təsərrüfatın genişzolaqlı internetə çıxışı təmin olunub

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı