Google-un baş direktoru Sundar Pichai “antiinhisar” işi üzrə ifadə verib

ABŞ Ədliyyə Nazirliyi yanvarın 24-də Kaliforniya, Kolorado, Konnektikut, Nyu-Cersi, Nyu-York, Rod-Aylend, Tennessi və Virciniya ştatlarının baş prokurorları ilə Google-a qarşı “antiinhisar” iddiası qaldırıldığını açıqlamışdı.

BBN.az xəbər verir ki, nazirliyin açıqlamasında şirkətin bir çox rəqəmsal reklam texnologiyası məhsullarını inhisara aldığı və Google-un sənayedəki hökmranlığına qarşı hər hansı təhlükəni aradan qaldırmaq və ya ciddi şəkildə azaltmaq üçün rəqabətə zidd, istisna və qeyri-qanuni üsullardan istifadə etdiyini iddia etdiyi bildirilib.

Google-un vəkilləri səkkiz həftədir davam edən işdə şahid qismində Google Baş İcraçı Direktoru (CEO) Sundar Pichai çağırıblar. Vaşinqtondakı məhkəmə iclasında verdiyi ifadəsində Pichai, Google-un Chrome brauzerinə investisiyaların istifadəçilərin təcrübələrini necə sürətləndirdiyini və onları daha çox Google axtarışlarına yönəltdiyini izah edib.

Google məhsullarının, o cümlədən Chrome və Android-in sənayedə rəqabəti necə artırdığını izah edən Pichai, 2008-ci ildə buraxılan Chrome-un Microsoft-un internet brauzeri Internet Explorer-ə meydan oxuduğunu və istifadəçilərə daha yaxşı təcrübə təqdim etdiyini söyləyib. Pichai, Google məhsul və xidmətlərindən istifadəni artırmaq üçün standart axtarış motoru olmağın vacibliyinə işarə edərək, defolt axtarış motoru olmaq üçün pul ödədiklərini təsdiqləyib.

Related posts

Kapital Bank-la rəqəmsal transformasiya və süni intellektin gələcəyi: Nəriman Əsədovla müsahibə

Qeyri-neft sektorundan vergi daxilolmaları 13% artıb

Azərbaycan-İsrail enerji əməkdaşlığı müzakirə edilib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı