Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
“Google Wallet” daha 39 ölkədə istifadəyə verilib

“Google Wallet” daha 39 ölkədə istifadəyə verilib

İstehlakçı vərdişlərinin dəyişməsi pərakəndə satış sektoru ilə yanaşı maliyyə sektoru və maliyyə texnologiyaları sahəsində də öz təsirini göstərir. Uzun müddətdir ki, mövcud olan və sürətlə yayılmağa davam edən rəqəmsal ödənişlər və bankçılığın rəqəmsallaşması konsepsiyası da maliyyə texnologiyalarının əsas sütunlarındandır.

Mobil və veb formatında kateqoriyalaşdırılan rəqəmsal cüzdanlar 2019-cu ilədək sabit tempdə artım göstərsə də, koronavirus pandemiyasının geniş radiusda yayılması ilə istifadəçilərinin sayını iki dəfədən çox artırıb. Gəlir nöqteyi-nəzərdən isə, 2015-ci ildən bu yana rəqəmsal cüzdan şirkətlərini gəlirləri üç dəfədən çox artıb, 2022-ci ilin sonuna isə 1639.5 trilyon dollara yüksəlməsi gözlənilir. İstifadəçi sayının 2660 milyardı ötəcəyi ehtimal edilir.

Ümumilikdə nəzər saldıqda isə, 2024-cü ilədək tranzaksiyaların 51.7%-inin nağdsızlaşması və istehlakçıların yarıdan çoxunun rəqəmsal cüzdanlardan istifadəyə başlaması proqnozlaşdırılıb.

Mobil cüzdanlar bazarında hegemonluq Çinin “WeChat”  və “Alipay” kimi şirkətlərində olsa da, ABŞ şirkətləri də rəqabətqabiliyyətliliklərini artıraraq beynəlxalq bazarda mövqe qazanırlar. “Alphabet Inc” məhsulu olan “Google Wallet” artıq 39 fərqli ölkədə istifadəyə verilib. Belə ki, Avstraliya, Avstriya, Belçika, Braziliya, Bolqarıstan, Kanada, Çili, Xorvatiya, Çexiya, Danimarka, Estoniya, Finlandiya, Fransa, Almaniya, Yunanıstan, Honk Konq, Macarıstan, İrlandiya, İsrail, İtaliya, Qazaxıstan, Latviya, Litva, Niderland, Yeni Zellandiya, Norveç, Polşa, Portuqaliya, Rumıniya, Slovakiya, İspaniya, İsveç, İsveçrə, Tayvan, Ukrayna, BƏƏ və Birləşmiş Krallıq vətəndaşları Android 5.2 və daha yuxarı əməliyyat sisteminə malik smartfonlara “Google Wallet”  tətbiqetməsini yükləyib istifadə edə biləcəklər.

Related posts

“Nebius” konvertasiya olunan istiqrazların yerləşdirilməsi nəticəsində $4 mlrd. cəlb edib

Qlobal Bazarlarda “Qırmızı Tufan”: Neft və Qaz Sıçrayır, Səhmlər Çökür!

EBRD Azərbaycanda cari layihələr portfelini və əməliyyat aktivlərini artırıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı