Gözlənildiyi kimi Joe Biden bazara 15 milyon barrel xam neft çıxardı

ABŞ-ın prezidenti Joe Biden 2024-cü il ilkin prezident seçkiləri ərəfəsində təbii qazın qiymətlərinin yenidən endirilməsi məsələsinə fokus olub. Belə ki, iqtisadi problemlər seçicilərin əsas narahat olduqları nüanslardandır. Amerikalılar 2024-cü il prezident seçkilərində onların iqtisadi problemlərini həll edən namizədlərə səs verəcəklər. 

BBN.az NBC News TV proqramına istinadən xəbər verir ki, prezident gözlənildiyi kimi oktyabrın 19-da Strateji Neft Ehtiyatından 15 milyon barrel xam nefti bazara çıxarıb. Bildirilir ki, hazırda ehtiyat yarıdan çox doludur.

Prezident Biden-in belə bir addım atmasına səbəb isə oktyabrın 5-də Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv ölkələrin nazirlərinin Vyanada keçirilən 33-cü iclasında 2022-ci ilin noyabrından gündəlik xam neft hasilatının 2 milyon barrel azadılması ilə bağlı qərarı olub. Belə ki, OPEC+ ölkələrin bu yeni qərarından sonra ABŞ-da benzinin qiymətləri yenidən yüksəlməyə başlayıb.

Hazırda ABŞ-da benzinin qiymətinin milli ortalaması 1 qallona görə 3.85 dollardır. Kaliforniyada milli ortalama isə 1 qallona görə daha çox 5.94 dollar təşkil edir. 

Biden isə açıqlamasında deyib ki, Neft Ehtiyatından bazara əlavə xam neftin çıxarılması siyasi motivasiyaya görə atılmayıb, məqsəd iqtisadi problemləri həll etməkdir: “Bu addım demokratlara deyil, amerikalılara kömək olmaq üçün atılıb”.

ABŞ-da ilkin prezident seçkilərinə isə cəmi 20 gün qalıb, 2022-ci il noyabrın 8-də baş tutacaq. 

Related posts

“ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərinə müraciət edən vətəndaşların nəzərinə!

Bu istehlakçılar üçün sayğaclar sistem operatorunun vəsaiti hesabına təchiz ediləcək

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri artıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı