“Green Fintech Startup Challenge”-ə müraciətlər davam edir!

ABB İnnovasiya Mərkəzi “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş “Green Fintech Startup Challenge” hakatonu keçirir.

“Verilmiş kreditlərin ətraf mühitə təsirini ölçməyə kömək edəcək dayanıqlı kredit qiymətləndirilməsi aləti”, “Elektron ticarətdə karbon ayaq izi kalkulyatoru”, “Blokçeyn əsaslı dayanıqlı və şəffaf təchizat zəncirinin qurulması platforması”, “Süni intellekt əsaslı ESG məlumatları üçün maliyyə əməliyyatlarını təhlil edən və bizneslər üçün fərdi tövsiyələr verən hesabat aləti” mövzuları hakatonun əsas istiqamətləridir. Müraciətçilər yarışmaya “Greentech” sahələr üzrə digər innovativ həllərlə də qatıla bilərlər.

“Green Fintech Startup Challenge” iştirakçılarına növbəti mərhələlərdə ideyalarının inkişafı üçün davamlı mentor dəstəyi və təlim imkanı yaradılacaq. Onlar inkubasiya mərhələsinə keçid, sahənin ekspertləri və aparıcı qurumların təmsilçiləri ilə netvorkinq, ideyalarını yekun işlək məhsula çevrmək imkanı qazanacaqlar. Hakatonda 1-ci yerin qalibinə 5000 AZN, 2-ci yerin qalibinə 3000 AZN, 3-cü yerin qalibinə 2000 AZN mükafat veriləcək. Üstəlik, onlar bu il ölkəmizdə keçiriləcək COP29 tədbirində təqdimat şansı əldə edəcəklər.

“Green Fintech Startup Challenge”-ə həm fərdi, həm komanda şəklində qoşulmaq olar. Müraciət üçün yaş məhdudiyyəti yoxdur. Son müraciət tarixi 27 may, saat 23:59-dur. Daha ətraflı məlumat və müraciət üçün linkə keçid edin: https://abbinnovation.az/en/hackathon

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Related posts

ABA Rəyasət Heyətinin geniş tərkibdə onlayn iclası keçirilmişdir

Unibank jurnalistlər üçün dayanıqlı maliyyə mövzusunda seminar keçirib

İİTKM-də Mərkəz Bankla 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası müzakirə olunub

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı