Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Güclü dollar ABŞ-da “Sony PlayStation 5”in qiymətini artırmayıb, amma Avrozonada artım var - BBN

Güclü dollar ABŞ-da “Sony PlayStation 5”in qiymətini artırmayıb, amma Avrozonada artım var

Oyun həvəskarları PS5-də qiymət artımı görürlər, lakin Switch bunu etməyib.

Oyun həvəskarları yeni konsol axtarışındadırlar, bu isə Sony PlayStation 5 (PS5) qiymət artımı ilə bağlıdır, lakin bu Nintendo Switch üçün keçərli deyil. Böyük Britaniyada PS5 üçün əlavə 30 funt sterlinq ödəmək lazımdır, Avrozonada konsollar isə 50 avro (42 funt sterlinq), Kanada konsolu isə 20 dollar (13 funt sterlinq) bahalaşır.

BBN.az BBC.com-a istinadən xəbər verir ki, Sony-dən deyiblər ki, inflyasiya ilə bağlı olaraq konsolların qiymətini artırır, lakin Nintendo-dan isə deyiblər ki, yaşayış xərclərinin yüksəlməsinə rəğmən, qiymətlər eyni qalacaq. 

Maraqlı məqam burdadır ki, bir çox yerlərdə PS5-in qiyməti artsa da, ABŞ bazarı üçün eyni qalır. Oyun araşdırma şirkəti Ampere Analysis-də çalışan analitik Piers Harding-Rolls deyib ki, ABŞ bazarı üçün qiymət artımının olmaması, güclü dollar səbəbindəndir. Lakin analitik əlavə edib ki, yüksək qiymətlərə rəğmən, oyun həvəskarları “Sony PlayStation 5”i alacaqlar.

Qeyd edək ki, bir çox ölkələrdə müşahidə edilən yüksək inflyasiya biznesin müxtəlif sahələrinə təsir etməkdədir.

Related posts

“YouTube”un illik gəliri açıqlandı

Süni intellekt bazarında yeni mərhələ: “OpenAI” “Cerebras” ilə əməkdaşlığa başladı

Spotify-in istifadəçi sayı rekord həddə çatdı

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı